Yeni Baş nazir onları müvəqqəi nazir təyin etdi
Ukrayna Nazirlər Kabineti Yevgeni Xmaranı müdafiə nazirinin səlahiyyətlərini icra edən, Andrey Sibiqanı isə xarici işlər nazirinin səlahiyyətlərini icra edən vəzifələrə təyin edib.
Adalet.az xəbər verir ki, Ukraynanın Baş naziri Sergey Koretski bu barədə öz "Telegram" kanalında məlumat verib.
Baş nazirin sözlərinə görə, Ali Radanın qərarlarına uyğun olaraq bir neçə nazirliyin strukturunun yenidən təşkili də planlaşdırılır. Bundan əlavə, hakimiyyət orqanları icmalar, ərazilər və məcburi köçkünlərlə bağlı məsələləri həll etmək üçün ayrıca bir qurum yaratmaq niyyətindədir.
Yevgeni Xmara 2026-cı ilin əvvəlindən Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) rəhbəri vəzifəsində çalışır. Dünən Prezident Volodimir Zelenski onu müdafiə nazirinin səlahiyyətlərini icra edən vəzifəyə təyin etdiyini açıqlayıb.
Xmaranın təyinatı Ukrayna hökumətində dövlət qurumlarının planlaşdırılan yenidən qurulması fonunda kadr dəyişikliklərinin bir hissəsidir.


Bakı -°C

