Zəlzələ qurbanlarının sayı 5 mini ötdü
Venesuelada iyunun 24-də cəmi 39 saniyə fərqlə baş verən 7,2 və 7,5 bal gücündə iki güclü zəlzələnin qurbanlarının sayı artmaqda davam edir.
Adalet.az-ın xəbərinə görə, Venesuela Milli Assambleyasının sədri Xorxe Rodriges ölkədəki son vəziyyətlə bağlı açıqlamasında bildirib ki, təbii fəlakət nəticəsində ölənlərin sayı daha 139 nəfər artaraq 5069-a çatıb.
Onun sözlərinə görə, zəlzələlər zamanı 16 min 740 nəfər müxtəlif dərəcəli xəsarət alıb.
Dağıntıların baş verdiyi bölgələrdə axtarış-xilasetmə əməliyyatları fasiləsiz davam etdirilir.
Rodriges vətəndaşları xilasetmə işlərinə mane olmamaq üçün şəxsi avtomobillərlə La-Quayra bölgəsinə getməməyə çağırıb. O, humanitar yardımların yalnız rəsmi toplama məntəqələrinə çatdırılmasının vacibliyini vurğulayıb.
Digər Xəbərlər
17 Iyul 2026 18:14
Azərbaycanda 5 ölkənin iştirakı ilə hərbi təlim keçiriləcək - FOTOLAR
17 Iyul 2026 18:00
AQTA rəsmisi heyvan daşıması ilə bağlı məsələyə aydınlıq gətirdi
17 Iyul 2026 17:38
Dövlət Xidməti daha bir beynəlxalq mükafata layiq görülüb
17 Iyul 2026 15:44


Bakı -°C

