Ağstafada şagird məktəb yoldaşını bıçaqladı

Ağstafa rayonunda məktəblərdən birində bıçaqlanma hadisəsi olub.
Adalet.az xəbər verir ki, şagirdlərdin biri tənəffüs vaxtı mübahisə zəminində məktəb yoldaşına bıçaqla xəsarət yetirib.
Qazax-Tovuz Regional Təhsil İdarəsindən verilən məlumatda fakt təsdiqlənib:
“Ağstafa rayonunda 8-ci sinif şagirdinin 9-cu sinif şagirdinə xəsarət yetirməsi barədə məlumat yayılıb. Məsələ ilə bağlı bildiririk ki, 09 aprel tarixində tənəffüsü zamanı Ağstafa şəhəri Əmirxan Hüseynov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 8-ci sinif şagirdi onunla eyni məktəbdə oxuyan 9-cu sinif şagirdinə xəsarət yetirib.
Xəsarət almış şagirdə müvafiq tibbi yardım göstərilib. Hadisə ilə bağlı araşdırma aparılıb, hüquq-mühafizə orqanlarına məlumat verilib. Təhsil müəssisəsinin əməkdaşları tərəfindən məktəbliyə baş çəkilib, valideyn və şagirdlə söhbət aparılıb. Xəsarət almış şagirdin sağlamlığı və psixoloji durumu idarə tərəfindən izlənilir.
Qeyd edirik ki, məktəb rəhbərliyi və hüquq-mühafizə orqanları tərəfindən mövcud qaydalar çərçivəsində lazımi tədbirlər görülür".
Digər Xəbərlər

Narkotik vasitənin təsiri altında olan taksi sürücüsü həbs edildi

"Mall"da qadınların telefonlarını oğurlayan şəxslər saxlanıldı

Abşeronda əməliyyat keçirilib - Saxlanılanlar var

Azərbaycanlı milyonçunun bazarına basqın - VİDEO

İsmayıllıda kişi meyiti tapıldı

Bağanıs Ayrımda yandırılan 39 günlük körpə ilə bağlı videomateriallar göstərildi - Məhkəmə - FOTOLAR

Bank kartları ilə bağlı növbəti XƏBƏRDARLIQ
