12 Aprel 2025 09:40
942
KRİMİNAL

İsmayıllıda kişi meyiti tapıldı

İsmayıllıda kişi meyiti aşkar olunub.

Adalet.az xəbər verir ki, dünən axşam saatlarında İsmayıllı rayonunun Tircan kənd ərazisində kişi meyiti tapılıb.

    Ilkin araşdırmalar nəticəsində məlum olub ki, meyiti tapılan şəxs 1955-ci il təvəllüdlü İsmayıllı rayon Tircan kənd sakini Nəsirov Misirxandır.

    Şəxsin psixoloji problemləri olduğu bildirilir.

    Meyit kəndin su keçidində aşkarlanıb.