Aİ-95 markalı benzinin idxalı 88%-dən çox artıb
2025-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana 89 milyon 731 min ABŞ dolları dəyərində 105 min 308.9 ton Aİ-95 markalı avtomobil benzini idxal edilib.
Adalet.az-ın Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm ifadəsində 88.8% və ya 49.5 min ton, dəyər ifadəsində isə 66.9% və ya 36.9 milyon ABŞ dolları artıb.
Hesabat dövründə ölkəyə Aİ-95 markalı avtomobil benzini Rusiyadan ( 69.4 min ton), Belarusdan ( 12 min ton), Rumıniyadan ( 11.7 min ton), Birləşmiş Ərəb Əmirliklərindən ( 9.3 min ton), Gürcüstandan ( 1.5 min ton) və Bolqarıstandan (1.4 min ton) idxal edilib.
Eyni zamanda bu dövrdə ölkəyə 2 milyon 178 min ABŞ dolları dəyərində 1777 ton Aİ-95 markalı avtomobil benzini idxal edilib.
Xatırladaq ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 1081 min ton avtomobil benzini istehsal edilib.
Digər Xəbərlər
01 Dekabr 2025 11:56
Mərkəzi Bank bu vəzifəli şəxsləri cərimələdi
01 Dekabr 2025 11:36
Vergi orqanlarına məlumat göndərilməli olan icazələrin siyahısı dəyişdi
01 Dekabr 2025 10:59
“28 illik Ermənistan işğalı nəticəsində Laçına 8 milyard dollardan çox ziyan dəyib...”
01 Dekabr 2025 09:28
"Brent" bahalaşdı
28 Noyabr 2025 09:52
Azərbaycan nefti bahalaşdı
27 Noyabr 2025 12:32
Nazir: Zəngəzur dəhlizi Avropa ilə Mərkəzi Asiya arasında dayanıqlı əlaqə yaradacaq
27 Noyabr 2025 11:00
Dövlət xəttilə 371 milyon manat ipoteka krediti verilib
27 Noyabr 2025 09:45


Bakı -°C

