Aİ müşahidəçilərinin "ört-basdır missiyası": "Sakitlikdir"
Xəbər verdiyimiz kimi, martın 16-da Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin sərhəd zonasının cənub-şərq hissəsində yerləşən Azərbaycan mövqelərini atəşə tutması barədə üç dəfə məlumat yaydı.
Məlumdur ki, Ermənistan atəş açdığını müxtəlif bəhanələrlə boynundan atmağa çalışıb.
Onun bu gedişinə isə Avropa İttifaqının (Aİ) Ermənistandakı Monitorinq Missiyasının qərargahı kömək edib. AB-nin bu ölkədəki missiyası sərhədə patrul göndərib və vəziyyətlə bağlı raport verib. Raportda deyilir:"Vəziyyət sakit və sabit olaraq qalır, qeyri-adi fəaliyyət müşahidə olunmur”- AB missiyasının vəziyyətlə bağlı raportunda deyilir.
Erməni mediası hazırda missiyanın ermənipərəst mövqeyini dəstəkləməkdə israrlıdır.
Qeyd edək ki, Ermənistanın təxribatçı hərəkətlərini ört-basdır etmək üçün orda olduğuna şübhə yoxdur. 2025-ci ilin yanvarında Avropa İttifaqı ölkələrinin səfirləri 209 nəfərdən ibarət olan Aİ-nin Ermənistandakı müşahidə missiyası ilə bağlı qərarı Brüsseldə təsdiqləyiblər.
Qərara əsasən avropalı müşahidəçilər Ermənistanın sərhədyanı rayonlarında daha iki il - 2027-ci il fevralın 19-dək qalacaqlar.
Hələ 2 il Aİ müşahidəçilərinin bu tip oyunbazlıqlarını müşahidə edəcəyik.
Əntiqə Rəşid
Digər Xəbərlər
09 Noyabr 2026 19:46
Mehriban Əliyevadan səmimi PAYLAŞIM - VİDEO
09 Noyabr 2026 12:39
“Düşmənə dərs verən onlardır” - İlham Əliyev - VİDEO
09 Noyabr 2026 12:17
Vilayət Eyvazovun Gəncədə vətəndaş qəbulu və sıra baxışının tarixi dəyişdirildi
09 Noyabr 2026 12:16
Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
09 Noyabr 2026 11:21
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
09 Noyabr 2026 09:00
Mehriban Əliyeva Bayraq Günü münasibətilə paylaşım etdi - FOTO
09 Noyabr 2026 00:00
Azərbaycanda Dövlət Bayrağı Günüdür
08 Noyabr 2026 21:04


Bakı -°C

