Akademik Kamal Abdulla Mərmərə Universitetində dərs keçəcək
Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla Mərmərə Universitetində dərs keçəcək.
ADU-nun İctimaiyyətlə əlaqələr şöbəsindən Adalet.az-a verilən məlumata görə, Kamal Abdulla Mərmərə Universiteti Rektorluğunun Beynəlxalq Məsləhətçilər Şurasının fəxri üzvü seçilib.
Universitetin rektoru Erol Özvar bununla bağlı həmkarına məktub ünvanlayıb və onu rəhbərlik etdiyi ali təhsil ocağında dərslərə dəvət edib. Məktubda bildirilib ki, “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı universitetin təşkil etdiyi dərslər 28 aprel-28 may aralığında olacaq:
“Türk ədəbiyyatı tarixində “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı apardığınız tədqiqatlar hər iki ölkədə, o cümlədən, beynəlxalq elmi dairələrdə böyük şöhrət qazanıb. Sizi Mərmərə Universiteti Rektorluğunun Beynəlxalq Məsləhətçilər Şurasının fəxri üzvü kimi “Kitabi-Dədə Qorqud” düşüncəsinin öyrənilmə imkanları haqqında bir həftəlik ustad dərsləri verməyə dəvət edirik. Sizi Mərmərə Universitetində qarşılamağı arzu edirik. Dəvətimizi qəbul etsəniz, şəxsim və universitetimiz adına böyük qürur duyarıq”.
Digər Xəbərlər
30 Sentyabr 2026 12:04
Azərbaycan Universiteti Pakistanın Northern Universiteti ilə əməkdaşlığa başlayır
29 Sentyabr 2026 11:09
“Məktəblilərin hicaba bürünməsi yolverilməzdir, amma...”
28 Sentyabr 2026 17:31
Kolleclərə boş qalan plan yerlərinə qəbulun nəticələri elan olundu
28 Sentyabr 2026 10:22
Atatürk Universiteti Bakıda məzun sevinci yaşadı
25 Sentyabr 2026 16:55
Azərbaycan Universitetində Vətən müharibəsi qazisi ilə tələbələrin görüşü olub
25 Sentyabr 2026 10:39
DİM-dən 600 balı keçmiş tələbələrə ÇAĞIRIŞ
24 Sentyabr 2026 19:00
Mingəçevir Dövlət Universiteti mühüm nailiyyətə imza atıb
22 Sentyabr 2026 20:04


Bakı -°C

