Aktyor: “ Bu tamaşadan sonra qərar verdim ki…” - MÜSAHİBƏ
Aktyorun həyatdakı obrazına tale cavabdehdir. Amma səhnədəki obrazı necə canlandırmağı onun öz bacarığından aslıdır. Müsahibimiz aktyor Elçin İmanov da səhnədəki obrazına məsuliyyətlə yanaşan aktyorlar sırasındadır. O bizə daha çox səhnədəki həyatından söhbət açdı.
-Sənətə gəlişiniz neçənci illərə təsadüf edir…?
- Mənim teatrla maraqlanmağım 1985- 86-ci illər əhatə edir. Əsasən onu deyim ki, “ Hicran” tamaşası həyatımda dönüş nöqtəsi oldu. O dönüş nöqtəsi ki, mən teatra gəldim o tamaşanın eşqi ilə. Məhz bu tamaşadan sonra qərar verdim ki, mən mütləq aktyor olmalıyam. Amma əslində mən riyaziyyat fəninni çox gözəl bilirdim. Yəni riyaziyyatçı ola bilərdim.
-Dəqiq elmdən incəsənətə keçid deyək buna…
- Bəli, elədir ki, var.
-Ailəniz seçiminizi dəstəkləyirdi?
-Mən aktyor olacağımı deyəndə hər kəs etiraz etdi. Təkcə böyük qardaşım mənə dəstək oldu. O düşünürdü ki, mən gələcəkdə öz təsdiqini tapmış, professional bir aktyor ola biləcəm.
-Hər hansı bir epizodik rolonuz sizin üçün dönüş nöqtəsi olub?
- Əslində mənim çox rollarım epizodik rollardır. Bir də onu deyim ki, istər baş rol, istərsə də epizodik rol olsun, əgər ona aktyor həvəslə yanaşıb, ürəyini qoyursa inanın həmin rol möhtəşəm səhnə alcaq.
Deyirlər rolun böyüyü, kiçiyi olmaz. Amma son zamanlar rolun böyük və ya kiçik olmağı özünü göstərir və aktyor da buna reaksiya verir (gülür).
-Son vaxtlar Azərbaycan kino sənətində çox uğurlu kinolar çəkilir. Kino sahəsində özünüzü hansı rolda görürsünüz?
- Mən aktyoram yəni bu suala cavab verməyim özümü bəzi məqamda böyük göstərə bilər, bəzi məqamda isə kiçildə bilər. Bu sualı məncə rejissorlar cavablasa daha məqsədəuyğun olar. Mən belə düşünürəm. Mən özümü hər kinoda görə bilərəm. Amma mənim hansı rolu uğurlu oynayacağımı isə daha dəqiq rejissor bilər.
-Aktyor kimi özünüzü hansı janrda olan rollarda görürsünüz?
- Əslində mən özümü daha çox dramatik obrazlarda görürəm. Amma yenə də hər bir aktyor hansısa filmə və yaxud da serial baxanda özünü mütləq ki, hər hansı bir rolda görür. Bu isə olduqca normal anlaşılan haldır.
Bəzi filmlərin uğursuz alınmaığının ən böyük səbəbi hər yoldan ötənin film çəkməyidir. İndi kimin əlinə kamera keçirsə başlayır film çəkməyə. Amma onu da deyim ki, bu çoxluğun içində əsl rejissorların öz sənətlərini göstərməkləri və profesionalcasına işlərinə yanaşmaları o yoldan ötən rejissorların kimliyinə sübut edir. Nə yaxşı ki, öz işini mükəmməl bilən peşəkar rejissorlarımız var.
-Bəzən bəxtsizlikdən çox şikayətlənisiniz…
-Bilirsiniz, bizim nəslin bəxti onda gətirmədi ki, bizim yaradıcılığımız keçid dövrünə düşdü. Korifey sənətkarlardan yeni gələnlərə keçid etmək çətin idi.
- Rejissor kimi fəaliyyət göstərib film çəksəydiniz özünüzə hansı rolu verərdiniz?
-Əslində mən ixtisasca rejissoram. Amma rejissor kimi film çəksəydim heç vaxt özümə rol ayırmazdım. Mənim düşüncəmdə rejissor hadisələri monitorun arxasından izləməlidir.
-Son vaxtlar yayımlanan serialları izləyəndə hansı çatışmayan tərəfləri görürsünüz?
- Belə dəyək də, indiki seiralları çəkən rejissorlar və o rolları oynayan aktyorlar zəmanənin nəbzin tutmağa çalışırlar və bunu çox gözəl də bacarırlar. Mənim kimi fikirləşənlər bu filmlərə çox bəsit ampuladan yanaşırlar. Amma sıradan biri üçün çox gülməlidir. Məncə “Vicdan haqqı”, “Yuxu kimi” serialı sənət işi olaraq daha profesianaldır nəinki o biri seriallar… Təbii ki, bu, şəxsi fikrimdir.
-Məncə mədəniyyət üçün kədərlisi budur ki, bəsit filmlərdə kifayət qədər istedadlı aktyorlarımızı görürük. Elə deyilmi?
-Elədir. Amma onları da qınamaq olmaz. Bəzən aktyor öz maddi imkanlarını da nəzərə alır və bu rollarda çəkilir. Mən şəxsən aktyorları qınamıram. Onlar məcburdular ki, evlərinə axşam çörək aparmaq üçün o rollara çəkilsinlər.
- Ümumiyyətlər bütün maddi və texniki imkanlar üst-üstə düşsəydi, siz bir rejissor kimi bəyənmədiyimiz filmləri üstələyəcək bir film çəkərdinizmi?
-Mən kino sahəsində rejissor kimi iş görmüşəm. Türkiyə ilə müştərək bir layihəmiz olub. Səhv etmirəmsə 2018-ci il idi. “Adsız qadın” adlı tamaşa idi. Baş rolda isə Kəmalə Kamaldır. Film Xocalı hadisəsi ilə bağlı idi. Artıq Xocalı sakinləri yenidən orada yaşayırlar. Bu çox sevindirici haldır.
Sizin suala qayıdaraq deyim ki, hər kəs özünə inanmalıdır. Hər kəsin özünə güvəni olmalıdır. İçində inam olmasa insan heç nəyə nail ola bilməyəcək. Mən görəcəyim işin zəif və ya sanballı olduğunu ilk başdan deyə bilmərəm. Bunu zaman göstərəcək.
ƏNTİQƏ KƏRİMZADƏ