Alen Simonyan: Ermənistanın qonşularına qarşı ərazi iddiaları olmamalıdır
Ermənistanın heç vaxt qonşu ölkələrə qarşı ərazi iddiaları olmamalıdır.
Adalet.az yerli KİV-ə istinadən xəbər verir ki, bunu ölkə parlamentinin sədri Alen Simonyan jurnalistlərə bildirib.
"Ermənistanın heç vaxt qonşularına qarşı ərazi iddiaları olmamalıdır. Biz regionda elə münasibətlər qurmalıyıq ki, heç bir ölkə digərinə hücum etmək barədə düşünməsin. Regionumuzda sülhü təmin etmək və müharibənin qarşısını almaq üçün əlimizdən gələn hər şeyi etməliyik", - o vurğulayıb.
Spiker əlavə edib ki, Ermənistanın yeni konstitusiyasının qəbul edilməsi yalnız ölkənin maraqları ilə şərtlənir:
"Mən Ermənistanın maraqları barədə düşünürəm. Ermənistan isə heç kimə ölkəni regionda təhdid hesab etməyə əsas verməyən konstitusiyanın olmasında maraqlıdır".
Digər Xəbərlər
24 Mart 2026 14:05
Xamenei razılıq verdi
24 Mart 2026 13:47
Türkiyə Hörmüz boğazı və enerji bazarındakı vəziyyəti müzakirə edəcək
24 Mart 2026 13:00
Rusiya Ukraynaya kütləvi hava zərbələri endirdi - Ölənlər və xəsarət alanlar var
24 Mart 2026 10:59


Bakı -°C

