“Təkqütblü yeni dünya nizamını Avropa dövlətləri də həzm edə bilmirlər...”
“ABŞ prezidenti Donald Trampın son açıqlaması - "İranla danışıqlara başlanılıb, müəyyən razılıqlar əldə oluna bilər" - deməsi, yalnız ABŞ-nin Hörmüz boğazına İranla şərikli nəzarət mexanizminin formalaşdırılması ola bilər. Əslində bu müharibənin həyata keçirilməsində ABŞ-nin məqsədi məhz elə İran neftinə nəzarəti əldə etmək durur”.
Adalet.az xəbər verir ki, bunu professor Şahin Bağırov deyib. O, bildirib ki, təkqütblü dünya nizamının formalaşmasında israrlı olan ABŞ, ikinci qütbün formalaşmasını təmin edəbiləcək Çin Xalq Respublikasına neft ixrac edən ölkələri tamamilə nəzarətində saxlamaq məqsədi güdür:
“Nəzərə alsaq ki, Çinin əsas neft idxalçıları İran, Rusiya və Venesuela olub. Venesuelanın aqibəti məlum oldu. Yəni, Venesuelada hansı rejimin və kimin hakimiyyətdə olmasından asılı olmayaraq onun neftinə ABŞ-ın nəzarəti oturdu. Qaldı: İran və Rusiya nefti! Hər ikisi sanksiyalar altındadır! İranı enerji infrastrukturlarını məhv edəcəyilə təhdid edən Tramp admnistrasiyası Hörmüz Boğazı məsələsində İranla anlaşacağına çox ümüdlüdir. Amma çətin ki, İranın gizli və açıq tərəfdarları buna imkan versinlər. Qaldı ki, Rusiya neftinə, bu, ABŞ-nin sonuncu əl qoyacağı məsələ olaraq qalır. Çünki bu, həm də Rusiya - Ukrayna münaqişəsinin gedişatı fonunda həllini gözləyən məsələdir. Həm də Avropa ölkələrinin enerji təchizatında Rusiyaya belə böhranlı vəziyyətdə göz yummaq ehtiyacı da yaranmaya bilmir.Unutmayaq ki, müasir beynəlxalq münasibətlərdə öyrənilən "dünyaya hakim olmaq" nəzəriyyələri sırasında "Dünya neftinə nəzarət kimin əlindədirsə, dünyaya hakimlik də onun əlindədir" paradiqması realpolitik əsasda özünü təsdiqləyib”.
Onun sözlərinə görə, ABŞ-nin formalaşdırdığı təkqütblü yeni dünya nizamını Avropa dövlətləri də həzm edə bilmirlər:
“İngiltərə istisna olmaqla! Məhz bu səbəbdən ABŞ prezidenti Trampın Hörmüz Boğazıyla bağlı NATO dövlətlərinə çağırışının cavabsız qalması aydın şəkildə başa düşüləndir. Çox güman ki, Hörmüz boğazıyla bağlı növbəti ABŞ - Iran danışıqları da nəticəsiz ötüşəcək və 5 günlük morotoriumdan sonra ABŞ yenidən Iranın külünü göyə sovuracaq. Həm də bu "5 günlük" gəlişmə körfəzə əlavə qüvvələr gətirilməsi üçün bilavasitə ABŞ-a fürsət məqamı qazandırır”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
24 Mart 2026 13:00
Rusiya Ukraynaya kütləvi hava zərbələri endirdi - Ölənlər və xəsarət alanlar var
24 Mart 2026 09:11
Gəmilərin Hörmüzdən keçidini təmin etmək üçün... - Pezeşkian
24 Mart 2026 08:49
İran Trampı hədələdi - "Şikəst qalacaqsınız!"
23 Mart 2026 19:45


Bakı -°C

