Ali Baş Komandan, ordu, xalq birliyi... - Səxavət Məmməd yazır
Hər il bu gün gələndə 44 günlük müharibəyə yanaşmam, baxışım dəyişir. Şuşanın işğaldan azad edilməsi elan ediləndə dostlarımızla bir yerdə oturub, izləyirdik. Ad yaddaşım pis olduğu üçün üzürlü saysınlar, dəqiq yadımda qalan Vasif Qurbanzadə və Teymur Zahidoğlu idi. Prezident İlham Əliyev çıxış edir, biraz səbrsiz adam olduğum üçün qəfil dedim ki, saallah bu qədər uzatma, tez de, işimizi bilək. Teymur Zahidoğlu dedi, kiri(!), adam o boyda iş görüb, əlbbətdə dadın çıxaracaq. Şuşanın işğaldan azad olunduğunu nəinki bilirdim, hətta ayın 6-da millət vəkili Aqil Abbası muşutulqulamışdım da. Ancaq yenə baxmağa, sanki rəsmiləşdirməyə ehtiyac vardı...
O vaxt sevinməkdən başqa ağıla heç nə gəlmirdi. Yəni, sevinc qiymət verməyə imkan vermirdi. Hər il müharibəyə bir qədər fərqli baxmağa başladım. İstəsək də, istməsək də, soyuq başla qiymət vermək asan deyildi. Düzdür, həmişə soyuqqanlı yanaşmışam, ancaq apardığımız müharibəyə indi daha dəqiq qiymət vermək olar. Buna həm də dünyada baş verən proseslər imkan verir. Gözümüzün qabağında ağır Rusiya Ukrayna müharibəsi gedir, İran İsrail toqquşmasını gördük. Digərlərini kənara qoyuram, sırf bu iki toqquşma həm necə müharibə apardığımızı, həm də əhəmiyyətini anlamış oldum.
Azərbaycan ordusunun müasir müharibə apardığını dəfələrlə yazıblar, deyiblər. Bunu yazanlar haqılıdırlar? Əlbbətdə! Ancaq bir ağıllı adam çıxıb yazsa ki, bu müharibədə klassik müharibənin də elementləri çoxdur. Heç kim etiraz edə bilməz. Bu müharibəyə klassik müharibə də demək olmaz. Başqa bir ağıllı adam çıxıb deyə bilər ki, assimetrik müharibənin də çoxlu elementləri var. Haqlı olacaq? Əlbbətdə! Yaxşı biz necə müharibə aparmışıq?
Yuvarlaqlaşdıraraq Azərbaycan ordusunun 3 min, Ermənistan ordusunun 5 min itki verdiyini hesab edək. Azərbaycan ordusu hücumdadır. Ermənistan ordsu müdafiədə döyüşür. Relyef çətin, son dərəcə mükəmməl hazırlanmış müdafiə zolağı olan "Ohanyan xətti". Ermənistan ordusu 5 min itki veribsə Azərbaycan ordusu nə qədər itki verməli idi? Dünyada ən çox istinad edilən üç hərbi nəzəriyyə var, NATO, Rusiya, Çin. Çinlilərin yanaşmasına görə, Azərbaycan ordusu minimum 12-13 min itki verməli idi. NATO-nun yanaşmasına görə, bu rəqəm 14-15 mindir. Rusiya standartına görə, bu rəqəm 15, hətta 17 min də ola bilərdi. Niyə? Çünki rusların standartında daha çox itki vermək xüsusi qeyd olunur. Yaxşı, o zaman sual yaranır, necə oldu ki, müdafiə olunan tərəf 5 min itki verdiyi halda, hücum edən tərəf 3 min itki verir? Bunun bir cavabı var. Hər şeyin ən yaxşısını tətbiq etmişik. Lazım olan qədər klassik, lazım olan qədər assimetrik yanaşmışıq, nə lazım olubsa, onu etmişik. İstifadə olunan silahları hansı ölkə istehsalı olmasının da bir önəmi olmayıb. Rusiyalı bir zabit Azərbaycan ordusunun zabitinə video göstərərək, sual verdi ki, topdan bu atışı necə həyata keçirmisən? Sualı verməyinin səbəbini də belə izah etdi ki, bu top bizim istehsaldır, bunun taktiki texniki xüsusiyyəti bu atışı etməyə imkan vermir. Bizim zabit gülərək dedi, barmaq etmişəm. Tərcümə edəndə bilmədi necə izah etsin, barmağın göstərib, fırladaraq izah etməyə çalışdı. Rus zabit özünü də gülmək tutdu. Bayraktar TB2-lərdən mükəmməl şəkildə istifadə etdik. O Bayraktarlardan Ukraynada da vardı. İlk günlər istifadə etdilər, hətta mahnı-zad da yazdılar. Ancaq sonra heç bir effekt vermədiyini gördük. Səbəb nədir, silahlara yanaşma fərqi də fərqlidir.
Biz heç vaxt özümüzə dəyər verə bilmirik. Hələ də etiraf edə bilmirik ki, öz generallarımız, zabitlərimiz bu müharibəni ağlı, cəsarəti, hiyləgərliyi ilə qazanıb. Bir çoxlarının dünyasında şəhidlərimiz, Ali Baş Komandan, sonra da xarici mütəxəssislər gəlir. Ali Baş Komandan başqa kateqoriyadır. Bütün müharibələr göstərir ki, Ali Baş Komandan, ordu, xalq birliyi olmasa, qələbə mümkünsüzdür. Sırf sahədə gedən müharibəyə gələndə isə canı çıxır deməyə ki, bizim zabitlərin ağlı, cəsarəti, hiyləgərliyi qarşı tərəfin zabitlərindən az olsaydı, irəliləmək olmazdı. Ermənistan ordusu zəif idi? Qətiyyən! Son dərəcə hazırlıqlı, çoxlu sayda ciddi təhsilli (Frunze adına Hərbi Akademiya) zabitləri vardı. Ancaq bizimkilər daha ağıllı çıxdılar. Bir neçə generalımıza sual vermişəm ki, özünüzü düşmənin yerinə qoyun, uduzardınız? Detal, detal niyə uduzmayacaqlarını izah edirlər. Bəzilərinə hətta "yaxşı ki, düşmən olmamsınız" deyib, gülmüşük.
Realist adam olduğum üçün bəsit arzularım olub. Babam adımı Təhmasib qoyub (bu adın lənəti qarabqara izləyir), atam Səxavət (muğam ustası Səxavət Məmmədova görə) yazdırıb. Uşaqlıqdan arzum idi ki, Qarabağı geri alan kimi ilk onun qəbrinin üstünə gedəcəm. Alınmadı, başqa işlər arxasınca qaçdım. Bu il gedə bildim adaşımın qəbri üstünə. O torpaqlara getmək başqa hissdir. Nə yalan deyim, mənə ən çox doğma gələn yerlər, müharibə vaxtı olduğum yerlərdir.
Qələbə çox başqa bir şeydir. Biz hələ də dərk edə bilmirik. Empati qursaq anlayarıq ki, bizim yerimizdə olmaq istəyən çoxlu xalqlar var. Gürcüstanın da 20 faizi işğaldadır, Moldovanın da 20 faizi işğaldadır, Ukraynanın da 20 faizi işğaldadır. Bu sadaladıqlarım təkcə Rusiyanın 20 faizlik bəlasıdır. ABŞ-nin, Qərbin bu tip bəlaları ilə üzləşən çoxlu sayda xalqlar var. Bu 20 faizlik bəladan demək olar qurtulan yeganə ölkəyik.
Pəncəli Teymurova Milli Qəhrəman adının verilməsinə çox sevindim. Raquf Orucova da o adın veriləcəyi günü görərik. Döyüş generallarımızdan Kənan Seyidova General-leytenant rütbəsi verilməsinə də şad oldum.
Qarabağ uğrunda şəhid olanlara Allahdan rəhmət, qazilərə can sağlığı diləyirəm. Əməyi keçən hər kəsə sonsuz təşəkkürlər! Bayramınız Mübarək olsun!
Digər Xəbərlər
08 Noyabr 2025 14:28
"Qarabağda Azərbaycanın nələri bacardığına şahid olduq" - Türkiyə lideri
08 Noyabr 2025 14:16
"JF-17 qırıcılarının səsinə qərq olan səmanı seyr etmək qürurlu görüntüdür" - Şahbaz Şərif
08 Noyabr 2025 14:13
"Paşinyanın cəsur addımlarını izləyirik" - Ərdoğan
08 Noyabr 2025 14:13
"Azərbaycan iqtisadi cəhətdən heç bir ölkədən asılı deyil" - Dövlət başçısı
08 Noyabr 2025 13:50
"Sizlərə Türkiyədəki qardaşlarınızın salamını, 86 milyonun təbriklərini gətirdim" - Ərdoğan
08 Noyabr 2025 13:48
"Bakıda çay içəcəklərini deyirdilər, təcridxanasında çay içirlər" - Prezident
08 Noyabr 2025 13:44
"Ordu quruculuğu hər zaman prioritet məsələ olaraq qalırdı" - İlham Əliyev
08 Noyabr 2025 13:37


Bakı -°C

