Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Albaniyaya səfər edib
9-11 may 2023-cü il tarixlərində Albaniya Respublikası Ali Məhkəməsinin 110 illik yubileyi münasibətilə keçirilən tədbirlərdə iştirak etmək məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının sədri Sənan Hacıyev Albaniya Respublikasında səfərdə olub.
Tədbir çərçivəsində mayın 10-da Tirana şəhərində “Ali Məhkəmənin məhkəmə təcrübəsi, milli kimlikdən universal dəyərlərə doğru” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransda Albaniya Respublikasının Prezidenti Bayram Begay, Ali Məhkəmənin sədri vəzifəsini icra edən Sokol Saduşi, Ali Məhkəmə Şurasının sədri Naureda Ligami, Konstitusiya Məhkəməsinin sədri Holta Zaçaj, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimi Darian Pavli, bir sıra Avropa dövlətlərin Ali Məhkəmələrinin rəhbər şəxsləri, hakimləri, xarici dövlətlərin Albaniya Respublikasındakı səfirləri və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.
Konfransda daxili məhkəmə mədəniyyətinin formalaşmasında məhkəmə təcrübəsinin rolu, beynəlxalq standartların Ali Məhkəmələrin məhkəmə təcrübəsinə təsiri, ədalət mühakiməsinin həyata keçirilməsində İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Avropa İttifaqının Ədalət Məhkəməsinin qərarlarının milli məhkəmə təcrübəsinə təsiri mövzusunda təşkil olunan panellərdə çıxışlar edilib, müzakirələr aparılıb.
Digər Xəbərlər
13 May 2026 18:13
Beynəlxalq axtarışda olan Hindistan vətəndaşı təhvil verildi
08 May 2026 11:52
İlk nikah pozuldu, ikinci nikah etibarlı sayıldı - Ali Məhkəmənin qərarı
06 May 2026 11:44
“Azərbaycanda mediasiya institutunun inkişafı: Mediatorlar üçün silsilə təlimlərə start verilib”
06 May 2026 10:13
Baş Prokurorluqdan Asif Nəsirlinin ölümü ilə bağlı AÇIQLAMA
01 May 2026 12:56
Azərbaycanda bir vəkilə töhmət verildi - Digərlərinə isə...
01 May 2026 10:45
Məhkəmədə borc verdiyinizi necə sübut edə bilərsiniz? - Hakimdən açıqlama
28 Aprel 2026 15:12
Piyadanın vurulması ilə nəticələnən yol qəzası üzrə HÜQUQİ MÖVQE
27 Aprel 2026 12:24


Bakı -°C

