Almaniya Ukraynaya yeni hərbi yardım paketi ayırıb

Almaniya Ukraynaya 22 ədəd “Leopard 1 A5” tankı, 22 ədəd zirehli maşın və 12 ədəd “Pzh 2000” özüyeriyən artilleriya qurğusundan ibarət növbəti hərbi yardım paketi ayırıb.
Adalet.az xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyinin məlumatında deyilir.
Bu paketə həmçinin 61 min ədəd 155 mm-lik artilleriya mərmisi, 3 ədəd “GEPARD” özüyeriyən zenit qurğusu, atıcı silahlar üçün 1 milyon ədəd patron və 10 ədəd MG3 pulemyotu daxildir.
Bundan başqa, rəsmi Berlin Kiyevə 5 ədəd “Bandvagn 206” tırtıllı maşını və 1 ədəd “Warthhog” tırtıllı avtomobili göndərir.
Almaniya hökuməti həmçinin 30 ədəd “Vektor” kəşfiyyat PUA-sı və onların ehtiyat hissələrini, 20 ədəd “RQ-35 Heidrun” kəşfiyyat dronu, 12 ədəd “Songbird” PUA-sı, 6 ədəd “Hornet XR” PUA-sı və 20 ədəd ekipajsız suüstü aparat tədarük edəcək.
Eyni zamanda, Ukraynaya 2 “TRML-4D” radiolokasiya stansiyası, 16 yerüstü müşahidə radiolokatoru, 2 ədəd AMPS helikopteri üçün mühafizə sistemi və sursatların zərərsizləşdirilməsi üçün avadanlıq göndəriləcək.
Digər Xəbərlər

“İsrail və HƏMAS arasında aparılan danışıqlar imitasiya idi”

Avropa İttifaqı geri çəkilir?

Qəzzanı 350 mindən çox fələstinli tərk edib

"Qəzza alovlar içindədir" - Katz

Lukaşenko: "Prezident olmurlar, prezident doğulurlar"

Tramp Venesuela qayığının partladıldığı anı PAYLAŞDI - VİDEO

İsrail Qəzzanı ələ keçirmək üçün əməliyyata BAŞLADI - VİDEO
