“Azərbaycan və BƏƏ sabitlik və dialoqa töhfə verir” - Hikmət Hacıyev
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Birləşmiş Ərəb Əmirliklərinə səfəri çərçivəsində bu ölkənin dövlət naziri Səid bin Mübarək Əl-Hacəri ilə görüşüb.
Adalet.az xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
“Birləşmiş Ərəb Əmirliklərinə səfərim zamanı dövlət naziri Zati-aliləri Səid bin Mübarək Əl-Hacəri ilə görüşdüm.
Biz strateji tərəfdaşlıq çərçivəsində Azərbaycanla BƏƏ arasında dinamik şəkildə inkişaf edən ikitərəfli münasibətləri nəzərdən keçirdik və regional, həmçinin beynəlxalq məsələlər ətrafında səmərəli fikir mübadiləsi apardıq.
Regional miqyasda “orta güc” (middle power) statusuna malik dövlətlər kimi, Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə müsbət və konstruktiv rol oynayaraq sabitliyə, əməkdaşlığa və dialoqa töhfə verirlər”, - paylaşımda qeyd edilib.
Digər Xəbərlər
15 Sentyabr 2026 17:41
"Heç kimin qabağında baş əymirik və əyməyəcəyik" - İlham Əliyev
15 Sentyabr 2026 17:15
"Avropa Parlamenti rüşvətxorlar yuvasıdır" - Dövlət başçısı
15 Sentyabr 2026 16:47
"İslam dünyasına qarşı elan olunmamış müharibə gedir" - Prezident
15 Sentyabr 2026 16:43
"Biz intiqamımızı döyüş meydanında artıqlaması ilə aldıq" - Dövlət başçısı
15 Sentyabr 2026 16:30
İlham Əliyev beynəlxalq konfransların iştirakçılarını qəbul etdi - FOTOLAR + YENİLƏNİB
15 Sentyabr 2026 15:35
Ərdoğan Azərbaycanı təbrik edib
15 Sentyabr 2026 15:25
Suriyada əş-Şaraa hökumətinə qarşı etirazlar başlayır - Politoloq
15 Sentyabr 2026 14:52


Bakı -°C

