Almaniyada bıçaqlanan şəhər merinin son durumu açıqlandı - YENİLƏNİB
Almaniyanın Rur bölgəsindəki Herdeke şəhərinin yeni seçilmiş meri çoxsaylı bıçaq xəsarətləri alıb və onun həyatı təhlükədədir.
Adalet.az xəbər verir ki, “Bild” qəzeti Rur bölgəsinin Herdeke şəhərinin meri seçildikdən sonra noyabr ayında vəzifəyə başlaması planlaşdırılan sosial-demokrat 57 yaşlı İris Ştaltserin qarnından və kürəyindən ağır bıçaq xəsarətləri aldığını yazıb. Həkimlər siyasətçinin vəziyyətini kritik qiymətləndirirlər.
“Herdekedə dəhşətli hadisə ilə bağlı xəbər aldıq”, - deyə Almaniya Kansleri Fridrix Merts sosial mediada yazıb. “Təcili olaraq araşdırma aparılmalıdır. Biz gələcək merin həyatı üçün qorxuruq və onun tam sağalacağına ümid edirik”.
On üç bıçaq yarası olan Staltseri oğlu onu mənzilində tapıb, – deyə “Tagesspiegel” dəqiqləşdirir. Huşunu itirməzdən əvvəl mer küçədə bir neçə kişinin hücumuna məruz qaldığını bildirib. Nəşr yazır ki, qadın xəstəxanaya yerləşdirilib və həkimlər onun həyatı üçün mübarizə aparırlar.
Cinayətin motivi bəlli deyil. Polis hücumun Staltserin siyasi karyerası ilə əlaqəli olması ehtimalını istisna etmir.
*** 16:53
Almaniyanın Herdecke şəhərinin meri İris Stalzer bıçaqla hücuma məruz qalıb.
Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, 57 yaşlı qadının vəziyyəti ağırdır.
Stalzer Almaniya Sosial Demokrat Partiyasının namizədi seçilib. O, seçildikdən qısa müddət sonra hücuma məruz qalıb. Siyasətçinin çoxsaylı bıçaq xəsarətləri aldığı bildirilir. Hücum edənin kimliyi və motivləri hələlik məlum deyil. Hazırda Ennepe-Rur rayonunda böyük polis əməliyyatı aparılır, hüquq-mühafizə orqanları onun təfərrüatlarını açıqlamır.
Digər Xəbərlər
24 Oktyabr 2026 18:00
Etiraza qalxan 135 nəfər saxlanıldı - Fransada
24 Oktyabr 2026 17:32
Ukrayna bir milyona film çəkməyi planlaşdırır
24 Oktyabr 2026 17:05
Bolqarıstan Olimpiya Komitəsinin vitse-prezidenti güllələndi
24 Oktyabr 2026 16:55
Kiyevdə partlayışlar olub
24 Oktyabr 2026 16:36
Fransadakı etirazlar turistləri qorxudur - KİV
24 Oktyabr 2026 15:54
Moskvada 200-dən çox uçuş təxirə salınıb və ya ləğv edilib
24 Oktyabr 2026 14:21
Rumıniya və Türkiyə Qara dənizdə təhlükəsizliyi ortaq prioritet adlandırıb
24 Oktyabr 2026 14:16


Bakı -°C

