AMB bu il ilk dəfə uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq
Azərbaycan Mərkəzi Bankı (AMB) sabah 2025-ci ildə ilk dəfə uçot faiz dərəcəsi ilə bağlı qərarını açıqlayacaq.
Adalet.az bu barədə AMB-yə istinadən xəbər verir.
Mərkəzi Bank qeyd edib ki, faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarlar faktiki və proqnozlaşdırılan inflyasiya, xarici və daxili risk amillərinin dinamikasından asılı olacaqdır.
Faktiki inflyasiyanın hədəf diapazonu daxilində olduğunu (4%±2) nəzərə alaraq AMB-nin uçot dərəcəsin yenidəni sabit saxlayacağı gözlənilir.
Qeyd edək ki, yanvarın 17-də “Fitch Ratings” beynəlxalq reytinq agentliyi xarici qeyri-müəyyənlik, idarə olunan qiymətlərdə artımlar, ev təsərrüfatları və hökumət istehlakından daxili tələb təzyiqləri riskini nəzərə alaraq AMB-nin əlavə dərəcə endirimləri etməyəcəyini proqnozlaşdırıb.
Digər Xəbərlər
21 Sentyabr 2026 07:34
Dünya yeməklə sınağa çəkilir - Ərzaq qiymətləri 4 ilin zirvəsində
18 Sentyabr 2026 16:40
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
18 Sentyabr 2026 11:40
Tahir Gözələ yeni vəzif verildi - Bank sədri oldu
18 Sentyabr 2026 10:26


Bakı -°C

