Ambulator müalicənin dərmanlarını icbari tibbi sığorta qarşılayacaq
Ambulator müalicənin dərmanlarını icbari tibbi sığorta qarşılayacaq.
Adalet.az xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında “Əhalinin sağlamlığının qorunması haqqında” və “Tibbi sığorta haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.
Layihə hazırlanarkən dünya təcrübəsi, xüsusilə də bu sahədə aparıcı dövlətlərin normativ-hüquqi sənədləri öyrənilib və geniş şəkildə araşdırılıb. Beynəlxalq təcrübə araşdırılarkən müəyyən edilib ki, ambulator dərman vasitələrinin təminatının həyata keçirilməsi bir neçə əsas aspektdən dəyərləndirilir. Ambulator dərman təminatının əhatə dairəsinin müəyyən olunmasında istifadə olunan əsas prinsiplər profilaktik və preventiv müalicənin təşkili, ağırlaşma hallarının və əhalinin səhiyyə xərclərinin azaldılmasıdır.
Layihədə icbari tibbi sığorta üzrə ambulator dərman vasitələrinin kompensasiya şərtləri, icbari tibbi sığorta çərçivəsində təminat verilən ambulator dərman vasitələrinin xidmətlər zərfi ilə müəyyən edilməsi, icbari tibbi sığorta fondu hesabına ambulator dərman vasitələrinin təminatı kimi məsələlər öz əksini tapıb. Ambulator şəraitdə verilən dərman vasitələrinin icbari tibbi sığorta təminatına alınmasında əsas məqsəd əhalinin müxtəlif xəstəliklər üzrə ağırlaşma halları olmadan, stasionar yatış yaxud cərrahi əməliyyata alınmadan müalicə almasını təmin etməkdir. Belə ki, vətəndaşlar ambulator müalicə alarkən dərmanlarını da tibbi sığorta vasitəsilə əldə edəcək və icbari tibbi sığortanın əsas məqsədlərindən olan əhaliyə keyfiyyətli və əlçatan tibbi xidmətin göstərilməsi təmin olunacaq.
Layihə əhalinin dərman vasitələri ilə təchizatının icbari tibbi sığorta çərçivəsində təmin edilməsi üçün mərhələli şəkildə keçidlə bağlı hazırlanıb.
Nicat
Digər Xəbərlər
29 Sentyabr 2026 13:08
İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir
29 Sentyabr 2026 11:52
Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - DİQQƏTLİ OLUN!
28 Sentyabr 2026 18:18
Heyvan dişləyibsə dərhal nə etməli? – Səhiyyə Nazirliyindən Sağlam radioda vacib xəbərdarlıq
28 Sentyabr 2026 11:44
Xocavənddə yeni xəstəxana fəaliyyətə başlayıb
28 Sentyabr 2026 09:36
Bu içki qaraciyəri qoruyurmuş
27 Sentyabr 2026 11:50
Depresiyada olduğunuzu göstərən, lakin fərqində olmadığınız 4 gizli əlamət
27 Sentyabr 2026 10:00
Pəhriz və məşq deyilmiş: Uzun ömrün yolu başqa bir vərdişdən keçir
26 Sentyabr 2026 21:00


Bakı -°C

