Amerikalı pilotun təyyarəsi bir ayda iki dəfə vurulub
ABŞ Hərbi Hava Qüvvələrinin pilotunun olduğu qırıcı İranla əlaqəli əməliyyatlar zamanı 30 gün ərzində iki dəfə vurulub.
Adalet.az xəbər verir ki, bu barədə "CBS News" məlumat yayıb.
Belə ki, mart ayında əməliyyatın əvvəlində təyyarə səhvən Küveytdən gələn qırıcı təyyarə tərəfindən vurulmuşdu. Hadisə nəticəsində "F-15E" təyyarəsi sıradan çıxıb, lakin altı ekipaj üzvünün hamısı katapult edib və xəsarət almayıb.
Daha sonra, 3 apreldə yenidən "F-15E" təyyarəsini idarə edən pilotlardan biri İran üzərindəki hava məkanında raket ilə vurulub. Katapult etdikdən sonra hər iki heyət üzvü komandanlıqla əlaqə saxlayıb.
Pilot bir neçə saat sonra Amerika qüvvələri tərəfindən tapılıb təxliyə edilib, silah operatoru isə iki gün sonra xilas edilib. İkinci hadisədə pilotun ağır yaralandığı bildirilib.
Digər Xəbərlər
03 Iyun 2026 09:39
Roma Papası ilk dəfə dünyəvi qadına yüksək vəzifə verdi
03 Iyun 2026 09:09
Zelenski Polşanın sayəsində hakimiyyətdə qalır - Çarnek
03 Iyun 2026 09:04
ABŞ Çinlə ticarət güzəştləri barədə müzakirələrə başlayıb
03 Iyun 2026 08:28


Bakı -°C

