Amnistiya aktının tətbiq edildiyi məhkumların sayı açıqlandı
"Konstitusiya və Suverenlik İli" münasibətilə aministiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli qərarı 22 dekabr tarixindən 7 yanvar tarixinədək Ədliyyə Nazirliyinin Penitensiar və Probasiya xidmətləri üzrə (Naxçıvan MR da daxil olmaqla) 3.846 məhkum barəsində tətbiq olunub.
Adalet.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, onlardan 1.799-u müəyyən müddətə azadlıqdan məhrum etmə, 1.764-ü azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzalardan azad edilib. 250 nəfərin azadlıqdan məhrum etmə, 33 nəfərin isə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaları 6 ay azaldılıb.
Cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərdən Vətən müharibəsində iştirak etdiyinə görə 2 nəfər, qərar qüvvəyə mindiyi günədək 60 yaşına çatdığına görə isə 8 nəfər cəzadan azad olunub.
Amnistiya tətbiq olunmuş şəxslərdən 367-si böyük ictimai təhlükə törətməyən, 2.992-si az ağır, 487-si ağır cinayətlər törətmiş şəxslərdir.
Həmçinin amnistiya tətbiq olunmuş şəxslərdən 3625-i kişi, 210-u qadın, 11-i yetkinlik yaşına çatmayan şəxslərdir.
Amnistiya aktının icrası davam etdirilir.
Digər Xəbərlər
08 Yanvar 2026 19:09
Sahil Babayevə müavin TƏYİN OLUNDU - FOTO
08 Yanvar 2026 18:30
Sabah Ağdərənin dörd kəndinə ilk köç olacaq
08 Yanvar 2026 13:26
Məişət zorakılığından zərərçəkənlər mühafizə orderi üçün ərizəyə görə rüsum ödəməyəcək
08 Yanvar 2026 12:38


Bakı -°C

