Anasının məzarını ziyarətə gedən deputat: Onu ermənilərə bağışlamayacağam
"Xankəndi azad olundu, Füzuliyə, Zəngilana, Laçına və digər ərazilərə insanlar köçürülür. Şuşa abadlaşdırılır, Füzuli, Ağdam, Cəbrayıl, Zəngilan, Qubadlı yenidən tikilir. Mən də Ağdamda-ata yurdumda gözə bir ev tikəcəyəm".
Adalet.az bildirir ki, bunu Milli Məclisin deputatı Aqil Abbas bildirib.
"Ağdamda Qaraağacı deyilən qəbiristanlığa anamla qardaşımın qəbrini ziyarət etməyə getmişdim. Təəssüflər olsun ki, onların məzarını tapa bilmədik. Çünki ermənilər həmin məzarlığı şumlayıblar. Onu heç vaxt ermənilərə bağışlamayacağam. Amma Goranboyda bir kənd var. Orada erməni qəbiristanlığı hələ də necə qoyub gediblərsə, elə də qalır. Mən həmin qəbiristanlıq barədə qəzetdə də yazı yazmışam. Axırıncı erməni qəbiri 1988-ci ildə salınıb orada. Həmin məzar bu gün də olduğu kimi qalır. Heç bir azərbaycanlı ölkədəki erməni qəbirlərinə toxunmayıb. Çünki biz anlayırıq ki, insan öləndə onun milləti olmur", - deputat əlavə edib./iqtisadiyyat.az
Digər Xəbərlər
27 Aprel 2026 18:00
Azərbaycana gətirilən benzin üçün yeni aksiz dərəcəsi müəyyənləşdi
27 Aprel 2026 17:36
Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib
27 Aprel 2026 17:15
Cəbrayıl sakinlərinin diqqətinə! - Qəbul başlanılır
27 Aprel 2026 17:00
“Azərbaycan-Ukrayna əlaqələri regional və qlobal geosiyasi kontekstdə vacib istiqamətləri əhatə edir”
27 Aprel 2026 16:01
Küləkli hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edildi
27 Aprel 2026 15:16
"Ağıllı Qaz Şəbəkəsi İdarəetmə Sistemi" layihəsinin icrasına başlanılır - İLK DƏFƏ
27 Aprel 2026 14:50
QMİ Xankəndidə qanunsuz tikililərin sökülməsi ilə bağlı iddialara dair bəyanat yaydı
27 Aprel 2026 13:18


Bakı -°C

