Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib
Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsi "L-39NG" təklif edib.
Adalet.az xəbər verir ki, bunu Çexiyanın Baş naziri Andrey Babiş Qəbələdə Prezident İlham Əliyevlə mətbuata bəyanatında söyləyib.
Baş nazir qeyd edib ki, əgər Azərbaycan bunu dəyərləndirsə Çexiya tərəfi çox şad olar:
"Aero Vodoxodı" şirkəti köhnəlmiş "L-39" təyyarələrinə de-fakto xidmət göstərir və təmir edir. Əlbəttə, biz yeni "L-39NG" təyyarəsini Sizə təqdim edirik və onu dəyərləndirsəniz, çox şad olardıq".
A.Babiş xatırladıb ki, "Kolt" şirkəti, sözün əsl mənasında, mühüm beynəlxalq şirkətdir və o, bütün dünyaya əla məhsullarını təchiz edir:
"Şadıq ki, sizin polis və digər qüvvələr həmin məhsulları artıq tanıyır".
O bildirib ki, səfərə ən mühüm Çex şirkətlərinin nümayəndələri gəlib və bütövlükdə nümayəndə heyətində 50 şirkət təmsil olunub:
"Əlbəttə ki, bizim Bakı Metropoliteni ilə müqavilənin imzalanmasında çox böyük marağımız var. "ŞKODA Daşımalar" ölkəmizin, bəlkə də ən iri iqtisadi "PPF Qrupu"nun bir hissəsidir. Həmin qrup digər şirkətlərlə yanaşı, birgə müəssisə qurmaq, Azərbaycanda istehsalata başlamaq, elm və tədqiqata sərmayə yatırmaq, universitetlərinizlə əməkdaşlıq etmək və təbii ki, Sizin insanlarınızla işləməyə hazırdır".
Digər Xəbərlər
27 Aprel 2026 18:00
Azərbaycana gətirilən benzin üçün yeni aksiz dərəcəsi müəyyənləşdi
27 Aprel 2026 17:15
Cəbrayıl sakinlərinin diqqətinə! - Qəbul başlanılır
27 Aprel 2026 17:00
“Azərbaycan-Ukrayna əlaqələri regional və qlobal geosiyasi kontekstdə vacib istiqamətləri əhatə edir”
27 Aprel 2026 16:01
Küləkli hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edildi
27 Aprel 2026 15:16
"Ağıllı Qaz Şəbəkəsi İdarəetmə Sistemi" layihəsinin icrasına başlanılır - İLK DƏFƏ
27 Aprel 2026 14:50
QMİ Xankəndidə qanunsuz tikililərin sökülməsi ilə bağlı iddialara dair bəyanat yaydı
27 Aprel 2026 13:18
"Lizinq xidmətlərinə çıxış imkanları sahibkarlar üçün bərabər deyil" - Komitə sədri
27 Aprel 2026 12:51


Bakı -°C

