Ankarada “Şirvanşahların minilliyi” kitabı təqdim olunub - FOTOLAR
Ankarada Türkiyə Milli Kitabxanasının binasında “Şirvanşahların minilliyi” kitabının təqdimat mərasimi keçirilib.
Adalet.az xəbər verir ki, mərasimdə iki qardaş ölkənin diplomatları, alimlər, ekspertlər, beynəlxalq təşkilatların əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Türkiyə Milli Kitabxanasının baş direktorunun müavini Mehmet Demir Şirvanşahlar dövlətini Türk dünyasının mədəni-tarixi irsinin mühüm tərkib hissəsi adlandırıb. O, Türkiyə Milli Kitabxanasının iki qardaş ölkənin yaxınlaşmasına, onlar haqqında reallıqların təbliğinə verdiyi töhfədən məmnunluğunu ifadə edib.
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov minillik tarixi olan Şirvanşahlar dövlətinin Azərbaycan xalqının mədəniyyətinin və adət-ənənələrinin inkişafına müsbət təsirini qeyd edib. Diplomat Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycanın, o cümlədən Şirvanşahlar dövləti dövrünə aid mədəni-tarixi irs obyektlərinin qorunması və bərpasına verdiyi töhfələri vurğulayıb.
R.Məmmədovun sözlərinə görə, Azərbaycan irsinin təbliğinə yönəlmiş nəşrlər turizm sektorunun inkişafı üçün də təkandır.
Sonra çıxış edən “PAŞA Həyat Sığorta” ASC-nin İdarə Heyətinin sədri Niyaz İsmayılov, Sütçu İmam Universitetinin (Kahramanmaraş) professoru Toğrul İsmayıl minillik Şirvanşahlar dövlətini dünyada ilk müsəlman türk dövləti kimi dəyərləndiriblər, Azərbaycanla bağlı növbəti kitabın türk dilində nəşrinin əhəmiyyətini vurğulayıblar
Digər Xəbərlər
31 Oktyabr 2026 15:36
Bir ağacın budaqları - Tərlanə Yaqubqızı yazır
31 Oktyabr 2026 10:57
“Yaradılışın erkək başlanğıclı olması Afrika kültürünün mirasıdır...”
30 Oktyabr 2026 18:04
Hərkəsin daxilində açılmalı bir tövbə qapısı var
30 Oktyabr 2026 11:23


Bakı -°C

