adalet.az header logo
  • Bakı -°C
31 Oktyabr 2026 10:57
62
ƏDƏBİYYAT
A- A+

“Yaradılışın erkək başlanğıclı olması Afrika kültürünün mirasıdır...”

“Musəvilikdən haradasa dörd yüz, islamdan iki min il öncə, yəni eramızdan əvvəl 1370-ci illərdə Misirdə Aton dini yaranmışdı”.

Adalet.az xəbər verir ki, bunu yazıçı Aqşin Yenisey deyib.

“Təktanrılı bir din idi, tabletlərə həkk olunmuş çağırışı da belə idi: "Ey tək tanrım, səndən başqa tanrı yoxdur! "Misirdə, yəni Afrikada yaradılışın səbəbi erkək, Asiyada dişi başlanğıclıdır. İlk dəfə Asiyada tək tanrını yanan kolluqların arasında kişi obrazında görən, hətta onunla oturub pendir-çörək yeyən İbrahim peyğəmbər, bəlkə də, tək tanrının Asiyaya göydən deyil, Afrikadan gəlib-getdiyini bilirmiş.Yaradılışın erkək başlanğıclı olması Afrika kültürünün mirasıdır. Yəni biz bu gün Asiyada Afrika kültürünün mirası üstündə bir-birimizi qırırıq. Mən bu mirasın mənə çatan hissəsindən imtina edirəm. Kim istəyir götürsün, halal xoşu!”, - deyə o, bildirib.

Vasif ƏLİHÜSEYN