“Anti-terror əməliyyatına başlayıb Xankəndində bayrağımızı ucaltmalıyıq”- Hafiz Hacıyev

“Biz dəfələrlə ermənilərin ərazilərimizə silah-sursat daşıdıqlarını demişik. Qarabağa Rusiyanın dırnağarası sülhməramlı güclərinin gəlməsi müstəqilliyimizin əksinə olan bir məsələdir. Dəfələrlə çıxışlarımda, müsahibələrimdə bildirmişəm ki, heç vaxt Rusiyanın bu hiyləgər siyasətinə inanmaq olmaz”
Bunu Adalet.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. H.Hacıyev ermənilərə nəzarət etmək üçün Laçın yolunda gömrük-keçid məntəqəmizin qurulmasının vacibliyini vurğulayıb:
“Sergey Lavrovun Bakı səfərindən sonra Qarabağda hadisələr tamamilə əksinə baş verdi. Bizim daxilimizdə də müəyyən qüvvələr var, onlar da çalışırlar ki, Azərbaycanda sabitliyi pozsunlar. Bütün hallarda biz öz ərazilərimizi bu terrorçulardan təmizləmək üçün anti-terror əməliyyatı keçirməliyik. Ermənilər bizimlə yaşayır yaşasın, yaşamırsa, cəhənnəmə yaşasın. Bu qədər dözmək olmaz axı. Hər dəfə şəhid veririk, torpaqlarımız işğal altında qalıb, ermənilər başqa yollarla Qarabağa, Xankəndinə silah-sursat daşıyırlar. Bu gün biz Xocalımıza, Ağdərəmizə gedə bilmirik. Bu da bizim üçün baş qaxıncıdır. Ona görə də düşünürəm ki, ciddi şəkildə tədbir görülməlidir, Cənab Prezidentin arxasında dayanıb, əl-ələ verib anti-terror əməliyyatına başlayıb Xankəndində bayrağımızı ucaltmalıyıq və orda bizim səlahiyyətli nümayəndə olmalıdır. Qarabağda doğulan ermənilər bizimlə birlikdə yaşaya bilər. Əks halda biz Livandan, Suriyadan təxribatçı ermənilərin Qarabağa gətirilməsinə imkan verməməliyik.
Ermənilərə arxalıq edən, işləri pozan Rusiyadır. Biz çalışmalıyıq ki, Laçın yolunda özümüzün gömrük-keçid məntəqəmizi quraq. Hüquq-mühafizə orqanları gəlib-gedənləri yoxlasın. Buna isə hələ ki, Rusiya imkan vermək istəmir. Qarabağda əmin-amanlıq yaransa, Rusiya bilir ki, onlar heç kimə lazım olmayacaq”.
Vasif Əlihüseyn
Digər Xəbərlər

Ersin Tatar: Qarabağ sonsuza qədər Azərbaycandır

ABŞ-nin Bakıdakı səfirliyi Vətən müharibəsi qəhrəmanlarının xatirəsini yad edib

Çili senatoru: Bakıya səfərimin məqsədi ikitərəfli münasibətlərin möhkəmləndirilməsidir
