Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edildi - YENİLƏNİB
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib.
Adalet.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin qərarına əsasən, qurumun Qaradağ rayon idarəsinin hazırlıq şöbəsinin baş zabiti Etibar Əliyev, həmin idarənin səfərbərlik və səfərbərlik hazırlıq şöbəsinin zabiti Şamil Alıyev, Cəbrayıl rayon şöbəsinin səfərbərlik və səfərbərlik hazırlıq şöbəsinin rəis müavini Niyam Mədətsoylu və Saatlı rayon şöbəsinin zabiti Araz Kərimli barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Məlumata görə, Etibar Əliyev Şamil Alıyev, Niyam Mədətsoylu və Araz Kərimli tutduqları vəzifələrdən müvəqqəti kənarlaşdırılıblar.
Etibar Əliyev və Şamil Alıyevə qarşı Cinayət Məcəlləsinin 311.3.1(Rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən), 311.3.2 (Rüşvət alma, təkrar törədildikdə) və 311.3.3-cü (Rüşvət alma, külli miqdarda törədildikdə) maddələri, Niyam Mədətsoyluya 311.3.2-ci (Rüşvət alma, təkrar törədildikdə) maddə, Araz Kərimliyə isə 311.1-ci (Rüşvət alma) maddə ilə ittiham irəli sürülüb.
Qərara əsasən, hər dörd şəxs üzrə həbs müddətinin başlanğıcı 21 aprel 2026-cı il tarixindən hesablanır. (APA)
15:30
Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı, Cəbrayıl, Ağdaş və Qaradağ rayon şöbələrində əməliyyatlar keçirilib.
Adalet.az xəbər verir ki, əməliyyatlar nəticəsində şöbələrin vəzifəli şəxsləri saxlanılaraq Bakıya gətirilib.
Onların barələrində qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat göndəriləcəyi bildirilir.
Digər Xəbərlər
15 Iyul 2026 10:22
Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya ediləcək
14 Iyul 2026 18:50
Azərbaycan bu şəxsi Türkmənistana təhvil verdi
14 Iyul 2026 18:42
Arayikgilin növbəti apellyasiya məhkəməsi oldu
11 Iyul 2026 10:28
Monteneqrodakı qətl istintaqında Azərbaycan da iştirak etdi
07 Iyul 2026 19:51
Arayikgilin növbəti apellyasiya məhkəməsi oldu - FOTOLAR
06 Iyul 2026 11:39
Kassasiya şikayətlərinin verilmə müddətlərinin optimallaşdırılması tövsiyə edildi
06 Iyul 2026 11:32
Baş Prokurorluqdan Fatimə Kərimovanın qətli ilə bağlı AÇIQLAMA
03 Iyul 2026 09:26


Bakı -°C

