APA-nın yaranmasından 18 il ötür
“Azəri-Press” Agentliyinin (APA) yaranmasından 18 il keçir.
“Azəri-Press” Agentliyi (APA) MMC 2004-cü il yanvarın 8-də Ədliyyə Nazirliyində qeydiyyatdan keçib və həmin il noyabrın 16-dan fəaliyyətə başlayıb.
Agentlik Azərbaycan, rus və ingilis dillərində xəbər xidməti göstərir. İnformasiya bloklarında Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni və idman həyatına dair məlumatlar, regionda və dünyada baş verən hadisələrlə bağlı operativ xəbərlər əksini tapır. Bundan başqa, APA ölkədə və dünyada baş verən ictimai-siyasi, mühüm hadisələrlə bağlı analitik yazılar hazırlayır.
Operativ, dəqiq, tərəfsiz informasiya siyasəti yürüdən APA dünyanın müxtəlif ölkələrinin aparıcı kütləvi informasiya vasitələri, telekanallar, elektron yayım quruluşları və mətbuat orqanları ilə əməkdaşlıq edir, əldə olunan əməkdaşlıq haqqında razılaşmaya əsasən, informasiya mübadiləsi aparır.
APA-nın Azərbaycanın bütün bölgələrində, həmçinin, Türkiyə, Rusiya, Gürcüstan, Böyük Britaniya və İranda ofisləri fəaliyyət göstərir.
APA-nın tərkibində xüsusi olaraq iqtisadiyyatla bağlı “APA-Economics” bölməsi fəaliyyət göstərir. İqtisadiyyatın sənaye-energetika, aqrar-sənaye kompleksi, maliyyə, informasiya-kommunikasiya texnologiyaları, infrastruktur, sosial və digər sahələr üzrə ən son xəbərlər, təhlillər bu bölmədə toplanır.
Agentliyin www.apa.az ünvanlı internet saytı fəaliyyət göstərir.
"Ədalət" qəzetinin kollektivi APA-da çalışan həmkarlarını təbrik edir və uğurlar arzulayır!
Digər Xəbərlər
10 Mart 2026 17:26
Bir sıra media nümayəndələri üçün vörkşop keçirilib - FOTOLAR
10 Mart 2026 16:06
Bu hesabatda Azərbaycana dair qərəzli mülahizələr var - MEDİA
10 Mart 2026 12:33
Medianın İnkişafı Agentliyinin yeni Nizamnaməsi hazırlanacaq
06 Mart 2026 21:44
MEDİA bu səhifəyə xəbərdarlıq etdi
06 Mart 2026 17:26
Azərbaycan-İran sərhədində hərbi texnikaların yerləşdirilməsi dezinformasiyadır - MEDİA
05 Mart 2026 09:10
Bakıvaxtı.az-ın 5 yaşı tamam olur
04 Mart 2026 11:39
MEDİA-dan jurnalistlərə ÇAĞIRIŞ: Təşviş doğuran paylaşımlardan çəkinin
01 Mart 2026 11:25


Bakı -°C

