Aparıcı: “Tamaşaçı üçün o zaman maraqlı olursan ki…”
Uzun zamandır ekranlarda görünməyən məşhur aparıcı Ceyran Rəhimova həmkarları ilə bağlı fikir səsləndirib.
Adalet.az bildirir ki, o, həmkarlarının şəxsi həyatlarının qapalı qalmasının tərəfdarı olduğunu söyləyib:
“İlk növbədə aparıcı özünü adiləşdirməməlidir. Tamaşaçı üçün o zaman maraqlı olursan ki, öz sərhəddini qoruyursan. Tamaşaçı aparıcının, ümumən, jurnalistin məişətini bilməməlidir. Nə qədər özəl tərəflərini izləyiciyə göstərirsənsə, bir o qədər də adiləşirsən. Artıq dinləyicini cəlb edən heç nə qalmır.Axı biz şou göstərmirik. Bizim şəxsi həyatımız tamaşaçının nəyinə gərəkdir”?
Əntiqə


Bakı -°C

