adalet.az header logo
  • Bakı -°C
17 Aprel 2026 13:57
89
ƏDƏBİYYAT
A- A+

Aprelin “Ulduz”u çap olundu

“Ulduz” jurnalının aprel sayı Sara Selcanın “Özüylə söhbəti və şeirləri” ilə açılır. “Nəsr” bölümü Nemət Mətinin “Qisas”, Eşqanənin “Yarpaqlar pıçıldasa, bil ki, səsimdir...”, Günay Mirinin “Göy pencək” hekayələrini təqdim edir.

Adalet.az xəbər verir ki, “Esse”də Qulu Ağsəs “Öz səsinə düşən şeirlər”in müəllifi Nazir Rüstəmdən, Şahanə Müşfiq “Həyat Şəminin poeziya dünyası”ndan yazır.

“Şeir vaxtı”nda Nigar Arif, Banu Muherrem, Aysel Nəsirzadədir.

“Yazı masası”nda Taleh Mansur “Sadəcə, Vahid Əziz...”in qonağı olub.

Vaqif Yusiflinin “Ədəbi fraqmentlər”, İlahə Səfərzadənin “Bodenştedt paradoksu” yazıları “Tənqid”də yer alıb.

“Debüt” Ramil Əhmədin “Estafetin işığında bir ön söz...” təqdimatı ilə Nahidə İsmayılın “Sökdüyüm şərf” hekayəsini oxucularla bölüşür.

Dilarə Adilgilin “Vəziyyət Azərbaycancadır”, Zeynəb Məmmədzadənin “Nurdan süzülən saflıq” yazıları “Tribuna”da dərc edilib.

“Tərcümə saatı”da İlahə Əhmədova Xulio Kortasarın “Telefon çalır, Delia”, Şahnaz Kamal Lindita Xhanari Latifinin “Nənəmin gözləri” tərcümələrini oxya bilərsiniz.

Aleyna Malkoç “Səməd Vurğunun “Vaqif” dramında Şah Qacarın ideoloji və tragik obrazı”ndan yazır.

Kəmalədin Qədimin şeirləri, Salman Qaraların “Abbasın Həcc ziyarəti” sənədli hekayəsi, Gündüz Sevindik və Emin Hüseynovun qəzəlləri də “Ulduz”un aprel sayında yer alır.

“Dərgidə kitab” Kamil Şahverdinin “Bir daha himnimiz haqqında” yazısını (5-ci hissə) təqdim edir.

“Dərgidə sərgi”də rəsm əsələri ilə Aytac Cahangirdir.