14 Iyul 2025 12:42
108
GÜNDƏM

Aqil Abbas Ağdama köçmək istəyir

"Qarabağda elə bir quruculuq işləri gedir ki, sadəcə inanılmazdır".

Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyası üzrə iclasında deputat Aqil Abbas deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev işlərin yekunlaşmasını 2040-ci il olacağını desə də, bu proses 5 il tez ola bilər.

"Bunu Qarabağa gedənlər deyir. Ağdama ilk köçənlərdən biri mən və ailəm olmaq istərəm. Əgər qismət olarsa, deputat olaraq qalaramsa, fəaliyyətimi orda davam etdirəcəm".