Klublararası dünya çempionatının rəmzi komandası açıqlandı
FIFA klublararası dünya çempionatının rəmzi komandasını açıqlayıb.
Adalet.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, “on birlik”də turnirin ən yaxşı futbolçularının adları yer alıb. Rəmzi komandada ən çox futbolçu ilə təmsil olunan klub İngiltərə təmsilçisi “Çelsi” olub.
Qapıçı: Yassin Bunu (“Əl-Hilal”, Səudiyyə Ərəbistanı)
Müdafiəçilər: Əşrəf Hakimi, Markinyos (hər ikisi PSJ, Fransa), Tiaqo Silva (“Fluminense”, Braziliya), Mark Kukurelya (“Çelsi”)
Yarımmüdafiəçilər: Vitinya (PSJ), Entso Fernandes (“Çelsi”), Pedru Netu (“Çelsi”)
Hücumçular: Koul Palmer (“Çelsi”), Xon Arias (“Fluminense”), Qonsalo Qarsiya (“Real Madrid”, İspaniya).
Qeyd edək ki, turnirin ötən gecə təşkil olunmuş final matçında “Çelsi” PSJ-ni 3:0 hesabı ilə məğlub edib. Bununla da London təmsilçisi tarixində ikinci dəfə klublararası dünya çempionatının qalibi adına sahib çıxıb.
Digər Xəbərlər
16 Iyun 2026 09:41
İran-Yeni Zelandiya oyunu bərabərə qaldı
16 Iyun 2026 08:39
Uruqvay Səudiyyə Ərəbistanını uda bilmədi - Video
15 Iyun 2026 16:00
“Real Madrid” yeni transferini açıqladı
14 Iyun 2026 23:15
Almaniyadan böyükhesablı qələbə
14 Iyun 2026 17:10
"Bəzən ayağa qalxmaq üçün şillə yemək yaxşıdır" - Hakan Çalhanoğlu
14 Iyun 2026 12:00
Avstraliya - Türkiyə matçının ən yaxşı oyunçusu müəyyənləşdi
14 Iyun 2026 11:00
"Növbəti matçda daha yaxşı oynayacağıq" - Montella
14 Iyun 2026 10:00


Bakı -°C

