Azərbaycanda iki yeni milli park yaradıldı

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Axar-Baxar və İlisu milli parklarının yaradılması haqqında Sərəncam imzalayıb.
Adalet.az xəbər verir ki, Sərəncama əsasən Samux rayonunun dövlət ehtiyat fondu torpaqlarından 11113,46 hektar, Yevlax rayonunun dövlət ehtiyat fondu torpaqlarından 7000,10 hektar və Qax rayonunun dövlət ehtiyat fondu torpaqlarından 5788,43 hektar ayrılmaqla, bu Sərəncama əlavə edilən yerquruluşu planında göstərilmiş 23901,99 hektar sahədə Azərbaycan Respublikasının Axar-Baxar Milli Parkı yaradılır.
Sərəncamla Zaqatala rayonunun dövlət ehtiyat fondu torpaqlarından 206,74 hektar və Qax rayonunun dövlət ehtiyat fondu torpaqlarından 13759,26 hektar ayrılmaqla, bu Sərəncama əlavə edilən yerquruluşu planında göstərilmiş 13966,0 hektar sahədə Azərbaycan Respublikasının İlisu Milli Parkı yaradılır.
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Digər Xəbərlər

Torpaq sahələrinin icarəyə verilməsinə dair yeni qaydalar müəyyənləşir

Daha 61 ailə doğma yurda yola salındı

Çimərliklərdə hava necə olacaq?

Camaatın gözünə kül üfürməyin...

Sabah 41 dərəcə isti olacaq

Polis ikitəkərli nəqliyyat sürücülərinə xəbərdarlıq edib - FOTO/VİDEO

Dənizkənarı ərazilərdə çirklənməyə qarşı polis nəzarəti gücləndirilib
