08 Sentyabr 2020 18:00
225101
MƏMLƏKƏT

AQİL ABBAS AĞDAMLILARA  MÜRACİƏT ETDİ

Əziz ağdamlılar!

İndicə  Aysel Əlizadə adlı bir xanım yazıçının bir  statusu ilə rastlaşdım. Statusu həm saytımızda paylaşdım,  həm də  5 sentyabr qəzetimizdə oxuya bilərsiniz.

Bəybala Quliyev adlı 4 uşaq atası, Qarabağ qazisinin vəziyyəti çox ağırdı, ölümlə çarpışır.  Həkimlərin rəyinə görə, bir aya qədər əməliyyat olunmasa öləcək.  Əməliyyat  üçün 115 min manat pul lazımdı və müalicəsi də Türkiyədədi. İlik xərçəngidi, doğma qardaşı da donordu.

Niyə sizə müraciət elədim? O, Ağdam uğrunda gedən döyüşlərdə  qeyrətlə  vuruşub. Ağdamda döyüşərək  şəhid olan və ya qazi olan hər bir  kəs ağdamlıdı.

Biz bu qardaşımızı xilas edə bilərik. Saytımızda onun telefon nömrəsi də var və «Kapitalbank»dakı hesab nömrəsi də.

Mən sizin vəziyyətinizi, maddi imkanlarınızı, hansı çətinlikdə yaşadığınızı bəlkə də hamıdan  yaxşı bilirəm. Amma onu da bilirəm ki, bizim camaat  heç vaxt  heç kimi  darda qoymayıb.

Eləcə də bütün qarabağlı dostlarımdan xahiş edirəm, Bəybala Quliyevin övladlarını atasız qoymayaq!

Hörmətlə:

Aqil ABBAS