Aqil Abbasdan SƏRT REAKSİYA: “Bizi buna ruslar məcbur etdi, qoy hər kəs öz yerini bilsin!”
Son günlərdə Rusiyada baş verən hadisələr – Yekaterinburq şəhərində soydaşlarımızın hüquq-mühafizə orqanları tərəfindən işgəncə ilə öldürülməsi, çoxs ayda azərbaycanlının həbs edilməsi cəmiyyətin böyük qəzəbinə və haqlı narazılığına səbəb olub. Günlərdir siyasi-ictimai müstəvidə müzakirə olunan bu hadisələrin iki ölkə arasındakı əlaqələrə böyük təsir edəcəyi gözlənilən idi.
Bu gərginliyin nəticəsi olaraq artıq yüksək rəsmi şəxsin – Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ay Azərbaycana nəzərdə tutulan səfəri ləğv olunub. Bundan başqa Rusiya ilə dövlət və özəl müəssisələrin xətti ilə Azərbaycanda keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirləri, o cümlədən konsertlər, festivallar, tamaşalar, sərgilər və s. ləğv edilib.
Bəs, Rusiya ilə mədəni sferada münasibətlər bundan sonra necə davam edəcək?
Mövzu ilə əlaqədar Bizim.Media-ya açıqlama verən millət vəkili Aqil Abbas bildirib ki, bizi sözügedən qərarları verməyə ruslar məcbur edib:
“Biz həmişə Rusiyaya qucaq açmışdıq, aktyorları, müğənniləri həmişə gəlib Bakıda yüksək səviyyədə konsertlər verib. İnsanlarımız da məmnuniyyətlə gedib iştirak edib. Amma hazırki məqamda mədəni əlaqələrin dayandırılması vacibdir. Qoy hər kəs öz yerini bilsin. Azərbaycana qarşı zorakılığı pisləyirik və əlaqələri dayandırmaqla düz hərəkət edirik”.
Gələcəkdə Rusiya ilə mədəni əlaqələrin yenidən bərpa edilməsi ehtimalına gəlincə deputat bildirib ki, Rusiya öz günahını başa düşüb dövlət səviyyəsində üzr istəyəcəksə, yəqin ki, əlaqələr yenidən bərpa olacaq:
“Bu həmişə belə qalmayacaq ki! Ehtimal ki, zamanla ara sakitləşəcək. Biz erməni ilə 30 ildən, o boyda müharibədən sonra sülh masasına otururuq. Çünki Azərbaycan xalqı sülhsevər xalqdı. Əgər ermənilərlə sülh bağlayırıqsa, ruslarla niyə münasibətləri düzəltməyək?! Düzəldəcəyik, amma müəyyən şərtlərlə! Yoxsa sən mənim vətəndaşlarımı öldür, məhkəməsiz-filansız sıxışdır, belə olarmı?! Bu cinayətdir, terrordur! Bu terrora cavab verilməlidir”.
Digər Xəbərlər
13 Noyabr 2025 20:10
İlham Əliyev Qarabağın qurulmasına kömək edən ilk prezidentin adını AÇIQLADI
13 Noyabr 2025 16:37
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
13 Noyabr 2025 16:28
İdarəçilikdə yeni mərhələ
13 Noyabr 2025 13:47
Samir Nuriyev Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəsini ictimaiyyətə təqdim edib
13 Noyabr 2025 10:27
İlham Əliyev: Tramp prezident seçiləndən sonra Azərbaycan-ABŞ əlaqələri yeni mərhələyə keçib
13 Noyabr 2025 10:13
İlham Əliyev qəbul keçirdi - FOTOLAR
12 Noyabr 2025 17:54
Ceyhun Bayramov Banqladeşin ölkəmizdəki qeyri-rezident səfiri Amanul Haqqı qəbul edib
12 Noyabr 2025 15:04


Bakı -°C

