Aqşin Yenisey: “Müasir ədəbiyyatda heç bir yazıçı orijinal mətn yazmır...”
Ölkənin ən böyük Audiokitab şəbəkəsi olan “Audiokitab” mobil tətbiqi Aqşin Yeniseyin “Soyuğa inansan, donacaqsan” audiokitabını təqdim etdi.
Esselərdən ibarət yeni kitabdakı maraqlı fikirləri yalnız “Audiokitab”a abunə olmaqla dinləmək mümkündür. A. Yeniseyin sözlərinə görə, esselər bir neçə il əvvəl çox kiçik tirajla nəşr olunduğundan, oxucuların əksəriyyəti kitabı əldə edə bilməyib. “Soyuğa inansan, donacaqsan” essesi insanlar üzərində keçirilən qorxunc eksperimentdən - adi bir təlqinlə normal temperaturda donub ölənlərdən bəhs edir. Müəllifin bu eksperimentdən çıxardığı məntiq: kor-koranə inanc insanın və toplumun düşüncəsini “stop”a salar, özünüməhvə qədər aparıb çıxarar...
“Audiokitab” mobil tətbiqinin təşkil etdiyi görüşdə A. Yenisey zamanın ən böyük bəlasından – mədəniyyəti udan subkulturanın təhlükəli tendensiyalarından danışdı: ”Cavanları o dəhşətli burulğandan xilas etməliyik...Bu yolda hər cəhd dəyərlidir. Dünya və Azərbaycan ədəbiyyatından mindən artıq gözəl nümunə sələndirmiş “Audiokitab”ın xidmətləri də məhz bu mənada danılmazdır...”
Yeniseyin fikrincə, müasir dövrdə heç bir müəllif orijinal mətn yazmır: “Mən və digərləri romanlarımızı vaxtilə yaşayıb yaratmış dahilərlə şərikinə yazırıq. Yəni hökmən kiməsə istinad edir, sitat gətirir, mövzuya qayıdır, nə zamansa söylənmiş həqiqətləri yeni zamanın dilinə adaptasiya edirik. Məsələn, Umberto Ekonu Azərbaycanda oxuyan az adam tapılar. Elə isə Ekonun dərin fikirlərinin xülasəsini bir esse ilə çatdırmağımın nəyi pisdir?”
Təqdimatdan dərhal sonra, “Soyuğa inansan, donacaqsan” audiokitabı tətbiqə yükləndi. Mədəniyyət tarixini araşdıran A. Yeniseyin müxtəlif mövzularda esselərini, cəsarətli və mübahisəli “diaqnoz”larını dinləmək üçün Audiokitab mobil tətbiqinə abunə yazılmaqla, ədəbiyyatsevərlər eyni zamanda mindən artıq dəyərli əsəri virtual kitab rəfində görəcək.
Eminquey
Digər Xəbərlər
26 Sentyabr 2026 12:41
Qulu Ağsəsin şeiri ABŞ-də dərc edilib
25 Sentyabr 2026 19:46
Firidun Ağazadənin şeirləri
25 Sentyabr 2026 18:00
“ZƏFƏR TARİXİMİZ SƏTİRLƏRDƏ”
25 Sentyabr 2026 11:33
Ruhun üç çevrilməsi və yazılmış vərəq - Əli Şirin Şükürlü yazır
25 Sentyabr 2026 11:32
Ay Bəniz Əliyarın ŞEİRLƏRİ
25 Sentyabr 2026 09:30
""Allah" sözünü böyük hərflə yazmaq dil qaydalarına görə səhvdir"
24 Sentyabr 2026 13:55
AMEA-da “I Türkoloji Qurultayı arxiv sənədlərində” kitabının təqdimatı keçirildi
24 Sentyabr 2026 10:51


Bakı -°C

