İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü
Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb.
Adalet.az xəbər verir ki, söhbət zamanı ölkəmizin beynəlxalq əhəmiyyətli nüfuzlu idman tədbirlərinə, o cümlədən qış idman növü üzrə yarışlara uğurla ev sahibliyi etdiyi xatırlanaraq, bu xüsusda Bakıda keçirilən Formula 1 yarışlarının da yüksək səviyyədə təşkil olunduğu vurğulandı.
Azərbaycanda müasir qış-xizək infrastrukturunun yaradıldığı qeyd edildi, Beynəlxalq Xizək və Snoubord Federasiyasının xətti ilə “Şahdağ” Turizm Mərkəzində bir sıra nüfuzlu yarışların keçiriləcəyi vurğulandı.
Ötən il Azərbaycanın Dövlət Turizm Agentliyi ilə Beynəlxalq Xizək və Snoubord Federasiyası arasında tərəfdaşlıq haqqında imzalanmış müqavilənin ölkəmizdə qış turizmi və qış idman növləri üzrə potensialın inkişaf etdirilməsi baxımından rolu qeyd olundu.
Görüşdə ölkəmizlə Federasiya arasında əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.
Digər Xəbərlər
26 Sentyabr 2026 16:28
Prezident Məhəmməd Ben Sulayem ilə görüşdü
26 Sentyabr 2026 16:26
Bakı Forumu iqtisadi cəlbediciliyin göstəricisidir
26 Sentyabr 2026 13:56
Prezidentin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirakından - Görüntülər
26 Sentyabr 2026 13:49
Könül Nurullayeva vətəndaşlarla görüş keçirib - FOTOLAR
26 Sentyabr 2026 13:47
Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib
26 Sentyabr 2026 13:42
Türkiyədə Azərbaycana qarşı informasiya hücumu - Milli Məclisin komissiyası bəyanat yaydı
26 Sentyabr 2026 12:39
II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda 11 sənəd mübadilə edilib - YENİLƏNİB
26 Sentyabr 2026 11:38


Bakı -°C

