Qarabağ Universitetinin təbliğat görüşü keçirilib
Xankəndi şəhərində yaradılmış Qarabağ Universitetinin təbliğat görüşü keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Adalet.az-a verilən xəbərə görə, paytaxtdakı 20 nömrəli məktəb-liseydə keçirilən təbliğat görüşündə Qarabağ Universitetinin Pedaqoji fakültəsinin dekanı Kəklik Gozəlova, Sosial elmlər fakültəsinin dekanı Elmar Mustafayev, İncəsənət fakültəsinin dekanı Türkər Qasımzadə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq struktur bölmə əməkdaşları, məktəb-liseyin müəllim və şagirdləri, həmçinin ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış abituriyentlər iştirak ediblər.
Görüşdə çıxış edənlər işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində doğma yurd yerlərimizin yenidən qurulması, dayanıqlı inkişafı və həmin ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinin həyata keçirilməsindən danışıblar. Bildiriblər ki, Prezident İlham Əliyevin sərəncamı ilə Xankəndi şəhərində Qarabağ Universitetinin yaradılması işğaldan azad olunmuş ərazilərimizin yenidən bərpası istiqamətində aparılan uğurlu siyasətin çox önəmli addımlarından biridir. Həmçinin vurğulanıb ki, işğaldan azad edilən ərazilərdə yüksəkixtisaslı kadrların hazırlığını həyata keçirən Qarabağ Universitetinin yaradılması Azərbaycan təhsilinin və elminin inkişafında müsbət nəticələrə səbəb olacaq.
Görüşdə məktəb-liseyin şagirdləri və ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərən abituriyentlərlə Qarabağ Universitetinə tələbə qəbulu ilə bağlı maarifləndirici söhbət aparıb, universitetin üstünlükləri, ixtisasları, tədris prosesi, müəllim heyəti, təqaüd imkanları, yataqxanası və s. barədə ətraflı məlumat verilib.
Digər Xəbərlər
16 Oktyabr 2026 17:24
Azərbaycan Universitetində Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib
16 Oktyabr 2026 11:57
Xaricdə təhsil alanların DİQQƏTİNƏ!
15 Oktyabr 2026 16:51
LDU-da strateji hədəflər müzakirə olunub
15 Oktyabr 2026 10:49
Azərbaycan Universitetinin 16 tələbəsi PTE sertifikatını əldə edib
15 Oktyabr 2026 10:28
Məktəblərdə vahid geyim qaydaları ilə bağlı bəyanat
15 Oktyabr 2026 00:27
Təmkini ilə diqqət çəkən direktor bu məktəbə rəhbərlik edir - VİDEO
14 Oktyabr 2026 21:55
Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi - FOTO
14 Oktyabr 2026 14:00


Bakı -°C

