Aral dənizinin faciəsi və Qazaxıstanın xilaskar çabaları
Dünya xəritəsində parlaq mavi məkan kimi görünən Aral dənizi bu gün planetin ekoloji faciələrindən birinə çevrilib. Bu dəniz XX əsrin ortalarında dünyanın dördüncü ən böyük su hövzəsi idi. Lakin Sovet dövründə pambıq plantasiyalarını böyütmək üçün Amudərya və Sırdərya çaylarının suyunun kütləvi şəkildə əkin sahələrinə yönəldilməsi Aralın taleyini dəyişdi. Su azalması tədricən fəlakətə çevrildi və dəniz bir neçə onillik ərzində demək olar ki, yox olmağa başladı.
Su çəkildikcə Aralın dibində gizlənən duz və kimyəvi maddələr küləklə ətrafa yayıldı. Bu bölgədə yaşayan insanlar tənəffüs xəstəliklərinə düçar oldu, torpaqlar zəhərləndi, əkinçilik tənəzzülə uğradı, balıqçılıq isə tamamilə məhv oldu. Bir vaxtlar sahillərində həyat qaynayan liman şəhərləri dənizdən kilometrlərlə uzaqda qaldı.
Son illərdə Qazaxıstanın bu faciəni qismən də olsa geri döndürmək cəhdləri xüsusi maraq doğurur. Ölkə əsas diqqətini Şimali Arala yönəldib. Burada Qozanorda vilayətində yerləşən Sırdərya çayı Aralın yeganə ümid mənbəyinə çevrilib.
Qazaxıstan hökuməti və beynəlxalq təşkilatların dəstəyi ilə Kokaral bəndi inşa edildi. Bu bənd dənizin şimal hissəsini cənubdan ayırdı və şimaldakı suyun daha sürətlə yığılmasına şərait yaratdı. Nəticə gözləniləndən daha uğurlu oldu. Suyun səviyyəsi qalxdı, balıq növləri geri qayıtmağa başladı, hətta balıqçılıq kəndlərindən bəzilərində həyat yenidən canlandı.
Bu, Aral dənizinin tam bərpası demək olmasa da, tarix göstərdi ki, insan əli ilə məhv edilən ekosistem müəyyən şərtlərdə yenidən nəfəs ala bilər. Qazaxıstanın hazırkı planları daha genişdir. Burada ikinci bəndin inşası, çayların su idarəçiliyinin yaxşılaşdırılması, su itkisini minimuma endirmək üçün yeni kanalların çəkilməsi və kənd təsərrüfatında suya qənaət edən texnologiyaların tətbiqi kimi addımlar nəzərdə tutulur. Məqsəd Şimali Aralı daha davamlı bir şəkildə qorumaq və tədricən sahilboyu iqtisadiyyatı dirçəltməkdir.
Bununla belə, Cənubi Aralın taleyi daha ağırdır. Özbəkistan tərəfdə su istifadəsi hələ də böyük ölçüdə pambıqçılığa bağlıdır. Qazaxıstanın müsbət nəticələri göstərir ki, siyasi iradə və düzgün su idarəçiliyi ilə ən ağır ekoloji problemlərin belə, müəyyən hissəsini həll etmək mümkündür. Lakin mütəxəssislərin fikrincə Aral dənizinin tam xilas olması üçün region ölkələrinin ümumi qərarı və koordinasiyalı addımları lazımdır.
Aral faciəsi bizə bir həqiqəti xatırladır: təbiət insanın ən böyük sərvətidir və onunla rəqabətə girmək yox, harmoniyada yaşamaq lazımdır. Qazaxıstan isə bu gün Aralın sahilində təkcə dənizin sularını deyil, həm də insanların gələcəyi üçün ümidin özünü bərpa etməyə çalışır.
Murad Köhnəqala
Digər Xəbərlər
23 Dekabr 2025 12:20
Rusiyalı alimlər azərbaycanlılarda xüsusi genlər aşkar etdi
22 Dekabr 2025 09:00
Yakutlar: Şimalın türk ruhu,buz altındakı xəzinə... (V yazı)
18 Dekabr 2025 11:49
“Shokki Mokki” “Məktəbim” layihəsinə dəstəyini davam etdirir
18 Dekabr 2025 10:02
Boz Qurda sadiq xristian qaqauzlar - (IV yazı)
15 Dekabr 2025 11:23
Xakaslar: Cənubi Sibir türkləri, şaman ənənəsinin davamçıları - (III yazı)
12 Dekabr 2025 17:50
Bu ölkədə kişi qıtlığına belə çarə tapdılar - "Saatlıq ər" xidməti
12 Dekabr 2025 14:35
Tuvalılar – türkün qədim şamanları (II yazı)
11 Dekabr 2025 09:10


Bakı -°C

