26 Iyul 2024 21:43
181
GÜNDƏM

Arazdəyənin üzərində Bayrağımız DALĞALANIR - FOTO

Arazdəyənin üzərindəki strateji yüksəklikdə Azərbaycan bayrağı dalğalanır.

Adalet.az xəbər verir ki, bu barədə məlumat və fotonu erməni vəkil Raffi Aslanyan paylaşıb.

O iddia edib ki, ərazinin yaxınlığında əvvəllər erməni hərbi hissəsi yerləşib. Oradan Azərbaycanın Sədərək şəhərini, Naxçıvandan Türkiyə ilə sərhəd-keçid məntəqəsinə gedən yolu adi gözlə izləmək mümkün idi.

Aslanyanın iddiasına görə, hazırda orada Azərbaycan Ordusu yerləşib.

Sözügedən yüksəklik Arazdəyəndən İrana gedən yola tam nəzarət imkanı verir.

Qeyd edək ki, Azərbaycan Ordusu və DSX yalnız öz ərazisində, öz strateji mövqeyindədir. Əgər orada yeni sərhəd postu yaradılıbsa, bunun ermənilərə heç bir aidiyyəti yoxdur./axar.az