26 Iyul 2024 13:13
240
GÜNDƏM

Azərbaycan Somalini COP29-a dəvət edib

Rəsmi Bakı Somali rəsmilərini COP29 çərçivəsində Azərbaycana səfərə dəvət edib.

Adalet.az xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Somali Federal Respublikasından olan həmkarı Əhməd Moallim Fiqi Əhmədinin Bakıda keçirdikləri birgə mətbuat konfransında deyilib.

    "COP29 çərçivəsində Somalidən olan həmkarlarımızı ən yüksək səviyyədə Azərbaycanda görməkdən məmnun olacağıq", - Ceyhun Bayramov bildirib.