04 May 2025 19:37
116
İDMAN

Arda Güler La Liqada gözəl qol vurdu - VİDEO

İspaniya La Liqasında 34-cü turun oyunları davam edir. 

Adalet.az xəbər verir ki, bu gün "Real" öz meydanında "Selta"nı qəbul edib. Görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. 

Hesabı oyunun 33-cü dəqiqəsində Madrid klubunun türkiyəli yarımmüdafiəçisi Arda Güler açıb. 39-cu dəqiqədə isə Kilian Mbappe fərqlənib. Matçın 48-ci dəqiqəsində isə Gülerin qol ötürməsindən sonra Mbappe dubl edib. 

"Selta"nın ilk qolunu 69-cu dəqiqədə Xavi Rodrigez vurub. 76-cı dəqiqədə isə Villiot Svedberq fərqlənib. 

Qeyd edək ki, bu, Arda Gülerin cari mövsüm La Liqada 23 oyunda 3-cü qolu olub.

"Real" turnir cədvəlində 75 xalla 2-ci, "Selta" isə 46 xalla 7-ci yerdədir. Lider "Barselona"nın 79 xalı var.