Arkadi Qukasyan barəsində YENİ QƏRAR

Qarabağda qondarma qurumun “prezidenti” olmuş Arkadi Qukasyan barəsində həbs qətimkan tədbirinin uzadılması ilə bağlı məhkəməyə müraciət olunub.
Adalet.az xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində vəsatətə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatına baxılıb.
Arkadi Qukasyanın irihəcmli cinayət işi üzrə ibtidai istintaq hərəkətlərinin davam etməsi əsas gətirilərək təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbrinin daha bir neçə ay uzadılması istənilib.
Məhkəmə vəsatət və təqdimatı əsaslı hesab edib. Qərara əsasən, A.Qukasyanın həbsdə saxlama müddəti 5 ay uzadılıb.
Bundan başqa Bakıda həbsdə olan daha bir separatçının həbs müddətinin uzadılması barədə məhkəməyə təqdimat daxil olub.
Qeyd edək ki, ötən il keçirilən antiterror əməliyyatından sonra Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağda qondarma qurumun “prezidentləri” olmuş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, sabiq “xarici işlər naziri” David Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş “dövlət naziri” Ruben Vardanyanı həbs edərək Bakıya gətirib.
Sözügedən separatçılar çoxsaylı cinayət əməllərinin törədilməsində ittiham olunurlar.
Digər Xəbərlər
 30 Oktyabr 2025 14:27
 30 Oktyabr 2025 14:27 Məhkəmədə Tovuz döyüşlərindən sonra lentə alınmış videomaterial nümayiş etdirilib
 29 Oktyabr 2025 16:28
 29 Oktyabr 2025 16:28 Elton Məmmədov Baş Prokurorluğa çağırıldı - Rəsmi xəbərdarlıq
 28 Oktyabr 2025 12:07
 28 Oktyabr 2025 12:07 Baş prokuror Abşeronda vətəndaşları qəbul edəcək
 27 Oktyabr 2025 14:35
 27 Oktyabr 2025 14:35 

 Bakı -°C
 Bakı -°C 










