adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
07 Iyun 2023 12:52
495
GÜNDƏM

ASALA-nın qətlə yetirdiyi diplomat və xanımı- 41 illik terror - FOTO 

Bildiyiniz kimi, erməni dar düşüncəsinin, təfəkkür və nifrətinin sayəsində türklərə qarşı terror yolu ilə mübarizə məqsədilə ilk dəfə 1975-ci ildə ASALA terror təşkilatı yaradılıb. Türkiyə ilə yanaşı, bəzi ölkələri də hədəfə alan təşkilat ilk dəfə 1975-ci il yanvarın 20-də Dünya Kilsələr Şurasının Beyrut bürosuna hücum edib.

Digər erməni terror təşkilatı JCAG isə 1975-ci ildə Livanın paytaxtı Beyrutda qurulub. 1975-ci il oktyabrın 22-də Vyanada Türkiyənin bu ölkədəki səfiri Daniş Tunalıgilin qətlini də məhz ASALA ilə JCAG terror təşkilatları öz üzərlərinə götürüblər.


Adalet.az xəbər verir ki, bu gün isə ASALA-nın Portuqaliyada vəhşicəsinə törətdikləri qətliamdan 41 il ötür. Beləki, 7 iyun 1982-ci ildə Türkiyənin Portuqaliyadakı Səfirliyinin inzibati attaşesi Erkut Akbay və həyat yoldaşı Nadide xanım evlərinin önündə ASALA erməni terror təşkilatının silahlı hücumu nəticəsində həlak oldular.


Qeyd edək ki, erməni terrorçuları elə həmin ilin 7 avqustunda Türkiyədə beynəlxalq hava limanına hücum təşkil edir, tapanca və əl qumrabaraları ilə silahlanmış terrorçular gözləmə zalında olan insanlara atəş açır. Bir terrorçu hava limanının restoranında 20 nəfəri qirov qötürür, digəri isə polis tərəfindən yaxalanır. Qirovları öldürəcəyi ilə hədələyən terrorçu ilə atışma zamanı 9 nəfər həlak olur (biri ABŞ biri Almaniya vətəndaşı). Terror aktı zamanı 82 nəfər yaralanır.

Terrorçu Levon Əkməkcyan hadisə yerindəcə qətlə yetirilir. Həbs olunmuş digər terrorçu Levon Ekmekcan isə məhkəmənin hökmü ilə edam cəzasına məhkum olunur. Silva Kaputikyan terrorçu Əkməkcyana "yağış yağır oğlum" şerini həsr edir. Terror aktına görə ASALA məsuliyyəti öz üzərinə götürür.

Əntiqə Rəşid