“ASAN xidmət”in təcrübəsi Rumıniyada tətbiq olunacaq
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Rumıniya hökumətinin Baş katibi Mirçea Abrudeanın dəvəti əsasında Buxarest şəhərinə səfər edib.
Agentlikdən Adalet.az-a verilən məlumata görə, səfərin ilk günü Dövlət Agentliyinin sədri və Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov Ümummilli Lider Heydər Əliyevin Buxarestdəki Tey parkında yerləşən abidəsini ziyarət ediblər.
Səfər çərçivəsində “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Rumıniya hökumətinin Baş Katibliyi arasında dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlığa dair” Anlaşma Memorandumu imzalanıb.
Anlaşma Memorandumu “ASAN xidmət” təcrübəsinin Rumıniyada tətbiqini, eləcə də "ASAN xidmət" mərkəzlərində təcrübələrin təşkilini, həmçinin Dövlət Agentliyinin ekspertləri tərəfindən dövlət xidmətlərinin göstərilməsi sahəsində qabaqcıl təcrübənin Rumıniya tərəfi ilə paylaşılmasını nəzərdə tutur.
Rumıniya Avropa İttifaqının üzvü və ölkəmizin strateji tərəfdaşıdır.
Buxarestdəki Viktoriya sarayında baş tutan imzalanma mərasimi zamanı Rumıniya hökumətinin Baş katibi dövlət xidmətlərinin göstərilməsi üzrə qlobal səviyyədə tanınan və qəbul edilən “ASAN xidmət” təcrübəsinin müstəsna əhəmiyyətinə toxunaraq müvafiq sahənin ölkəsində inkişaf etdirilməsi üçün bu təcrübədən faydalanacaqlarını bildirib.
Digər Xəbərlər
21 Mart 2026 13:00
Görünüş məsafəsi 500 metrədək məhdudlaşıb
21 Mart 2026 10:43
Oğlu və nəvəsi məzarı başında... - FOTO
20 Mart 2026 22:00
Leyla Əliyevadan Ramazan paylaşımı - VİDEO
20 Mart 2026 18:14
Mehriban Əliyevadan xalqa Novruz təbriki
20 Mart 2026 15:00
Bu çağırışçılar 1 il müddətinə zabit kimi orduda xidmət edəcək
20 Mart 2026 14:04
Qazaxıstan AZAL təyyarəsinin qəzası üzrə bütün texniki ekspertizaları əldə edib
20 Mart 2026 12:59
İrandan Azərbaycana təxliyə edilənlərin sayı məlum oldu
20 Mart 2026 09:52


Bakı -°C

