“Prezidentin nəzərdə tutduğu şəxs iş otağından milyonlar çıxan Eva Kailidir”
“Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətinin qəbulu zamanı çıxışında Avropa Parlamentinin Azərbaycana qarşı ikili standartlarını tənqid edərək, bu qurumun daxilində baş verən korrupsiya qalmaqalını xatırladıb: "Avropa Parlamenti rüşvətxorlar yuvasıdır... Onun vitse-prezidentinin evindən çamadanlarla dolu milyonlarla dollar çıxdı, hamısını ört-basdır etdilər”.
Adalet.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib.
O, bildirib ki, Azərbaycan Prezidentinin nəzərdə tutduğu şəxs iş otağından və evindən nağd milyonlar çıxan yunanıstanlı deputat Eva Kailidir:
“O, Avropa Parlamentinin on dörd vitse-prezidentindən biri vəzifəsində çalışıb. 2022-ci ilin yanvar ayında Avropa Parlamentindəki korrupsiya qalmaqalının bir hissəsi olaraq korrupsiyada ittiham olunaraq həbs edilib. Amma elə həmin ilin dekabr ayında bəlli olmayan səbəblərdən həbsdən azad edilib. Avropa Parlamentində polisin axtarışları zamanı onun otağından və evindən nə az-nə çox, 1 milyon 580 min avro nağd pul tapılıb. Axtarış zamanı tapılan pullar mətbuat vasitəsi ilə də nümayiş etdirilmişdir. O, həmçinin Azərbaycana qarşı qərəzli çıxışları ilə yadda qalırdı. Korrupsiyada ittiham edilən avropalı deputat ikili standardlar ilə ölkəmizə qarşı qarayaxma kampaniyası təşkil etməyə çalışırdı. Onun otağında tapılan milyonlar əslində belə sifarişlərin haradan gəldiyini asanlıqla müəyyənləşdirməyə imkan verdi.Korrupsiyada ittiham edilən keçmiş deputat hazırda azadlıqdadır. Amma bir sıra inkişaf etmiş ölkələrdə hələ də çirkli pullar ilə qərəzli kampaniyaların maliyyələşdirilməsi davam etdirilir”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
17 Sentyabr 2026 10:42
Hava ilə bağlı son məlumat
17 Sentyabr 2026 10:31
Azərbaycan əhalisinin sayı açıqlandı
16 Sentyabr 2026 19:00
Bilik günü Bakı metrosundan istifadə edənlərin sayı açıqlandı
16 Sentyabr 2026 17:44
Dövlət Proqramı qida təhlükəsizliyi üzrə kadr hazırlığını gücləndirəcək
16 Sentyabr 2026 17:10
Prezident açılışdan sonra sükan arxasına keçdi - VİDEO
16 Sentyabr 2026 16:57
“Narkotacirlərə qarşı daha sərt qanunlar ola bilər”
16 Sentyabr 2026 16:37
Bakı-Ağstafa marşrutu üzrə əlavə reyslər təşkil ediləcək
16 Sentyabr 2026 16:06


Bakı -°C

