Təhülkəli malların dövriyyədən çıxarılması ilə bağlı yeni qayda
Təhülkəli malların bazardan geri çağırılması ilə bağlı qanunvericiliyə dəyişiklik olunur.
Adalet.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Texniki tənzimləmə haqqında” Qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb.
Layihəyə əsasən, insanların həyat və sağlamlığı üçün təhlükəli hesab edilən və texniki tənzimləmənin şamil olunduğu malların bazardan geri çağırılması, dövriyyədən çıxarılması, götürülməsi, daşınması, saxlanması, zərərsizləşdirilməsi və ya məhv edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydalara uyğun olaraq həyata keçiriləcək.
Dəyişiklik təhlükəli malların bazarda qalmasının və insanların həyatına və sağlamlığına zərər vurmasının qarşısının alınmasına yönəlib.
Beləliklə, layihə təhlükəli mallara münasibətdə tətbiq edilə biləcək tədbirlərin dairəsini müəyyən edir və həmin tədbirlərin həyata keçirilməsi qaydalarının səlahiyyətli qurum tərəfindən müəyyən olunmasını nəzərdə tutur.
Qanun layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.
Digər Xəbərlər
13 Oktyabr 2026 12:58
Sudan ödənişli istifadə Qaydaları yeni redaksiyada təsdiqləndi
13 Oktyabr 2026 12:32
Bugünkü matçla bağlı metro gücləndirilmiş rejimidə çalışacaq
13 Oktyabr 2026 12:20
Bu sahədə çalışanların iş və istirahət rejimlərinə dəyişiklik edilir
13 Oktyabr 2026 12:19
Ermənistanda saxlanılan hərbçimizin heç kimə zərər vermək niyyəti olmayıb
13 Oktyabr 2026 10:58
Səhiyyə Nazirliyində "Vətəndaş qəbulu" tam rəqəmsallaşdı
13 Oktyabr 2026 10:56
“Ona görə də istəyərdim ki, buna hər kəs anlaşıqlı yanaşsın...”
13 Oktyabr 2026 10:22
“Mən səmimi, savadlı, İslamın mahiyyətini dərk edən inanclı insanları...”
13 Oktyabr 2026 10:03


Bakı -°C

