Astarada doqquz aylıq hamilə qadın qəfildən ölüb
Astarada 9 aylıq hamilə olan qadın ölüb.
“Report”un verdiyi xəbərə görə, hadisə rayonun Giləkəran kəndində baş verib.
1997-ci il təvəllüdlü Qasımzadə Aytən Eldəniz qızı dünyasını dəyişib.
İlkin məlumata görə, qadın yaşadığı evdə qəfildən ölüb. Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.
Qeyd edək ki, A.Qasımzadənin 9 aylıq hamiləlik dövrü normal keçib.
Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.
Digər Xəbərlər
28 Mart 2026 23:49
Su basmış ərazilərdən 118 nəfər təxliyə edilib - VİDEO + YENİLƏNİB
28 Mart 2026 15:31
Xaçmazda yaşayış evlərini su basdı - Sakinlər təxliyə edildi - VİDEO
28 Mart 2026 13:50
Xırdalanda binanın zirzəmisinə su doldu - VİDEO
28 Mart 2026 13:21


Bakı -°C

