Astarada qanunsuz ov edənlər barədə tədbir görülüb
Astarada qanunsuz ov edən şəxslər barədə tədbir görülüb.
Adalet.az-ın məlumatına görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Rüdəkənar kəndindəki müxtəlif ərazilərdə 4 nəfər rayon sakini R.Vəliyev, M.Əliyev, H.Rzayev və Q.Vəliyevin qanunsuz ov etdikləri aşkarlanıb.
Onlardan müvafiq sənədləri olmayan bir ədəd ov tüfəngi, çöl quşlarını havada ovlamaq üçün quraşdırılmış çox sayda sintetik torlar, ov zamanı istifadə olunan digər alətlər və qanunsuz olaraq ovlanan çöl quşları aşkar edilərək götürülüb.
Həmin şəxslər barəsində protokollar tərtib edilərək aidiyyəti dövlət qurumuna göndərilib.
Digər Xəbərlər
06 Noyabr 2025 09:42
"Mərasim olsaydı, etiraf edərdik" - Goranboyda 16 yaşında nişan keçirilən qızın əmisi danışdı
06 Noyabr 2025 09:21
Yer kürəsində maqnit qasırğası başlayıb
05 Noyabr 2025 18:12
Meteohəssas insanlar üçün sabahın PROQNOZU
05 Noyabr 2025 16:40


Bakı -°C

