adalet.az header logo
  • Bakı 28°C
  • USD 1.7
22 Iyun 2022 11:45
409
ŞOU-BİZNES

Qarşıdurma böyüdü: ”Ağlı yerində olan tilsimdən, cadudan danışmaz...”

Xəbər verdiyimiz kimi, Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəs “Atalar Günü”ndə sosial media hesabındakı paylaşımı ilə diqqət çəkdi. “Ata qədrini bilməyən axmaq oğlu, axmaqdır” ifadələrini paylaşımına daxil edən İbrahim Tatlısəsin sözləri gündəmə bomba kimi düşdü. Tatlısəsin paylaşımı ilk evliliyindən olan Əhməd Tatlıya istinad kimi şərh edildi. Əhməd Tatlının cavabı çox da gecikmədi:“Bu gün “Atalar günü”dür... Yetimlərə ata olmuş, övladını öz faydasız çıxarlarına qurban verməyənlərin “Atalar günü” mübarək! ” Oğul, qız arasında doğma –ögey münasibəti etməyən, “namus davası” deyib anasına, arvadına qızına dünyanı zindan etməyənlərin “atalar günü” mübarək. Övladının dərdinə dərdlənən, sevincinə sevinən, onun xoşbəxtliyinə sevinənlər... “atalar günü”n mübarək!

Həyat yükünü çiyinlərində daşıyanların, atadan yetim qalmışların, ata kimi ataların və ata kimi ana olanların “atalar günü” mübarək!”

Artıq Türkiyə ata-oğul arasında qarşısıalınmaz bir nifrətin şahidinə çevrilməkdədir.


Adalet.az HaberTürk-ə istinadən bildirir ki, Əhmədin həmin paylaşımından sonra ata Tatlısəs onu cavabsız buraxmayıb. O da öz sosial şəbəkə hesabında bunları yazıb: “45 ildir ki, Ədalət xanımdan ayrılmışam. Oğlum Əhməd mənə ən böyük xəyanəti edib..Ona 7 dükan verdim. Ən gözəl dükanları yedi-dağıtdı, hara istəyirsə xərclədi. Məndən nə istədilərsə verdim, daha nə edim? Hər şeyimi verirəm, hələ də ondan qurtula bilmirəm. 70 yaşlı kişiyəm, səhnəyə çıxıram, yenidən pul qazanmağa başlayıram... Yoruldum.Bilmirəm səhhətimlə məşğul olum, yoxsa onlarla məşğul olum, Bilmirəm nə edim? Etməyin belə, mənə bir az mərhəmət edin...”
 

Ürəyi bu sözlərlə soyumayan ata Tatlısəs daha sonra bu sözləri də statusuna əlavə edib:” Mən xəyanətə uğramışam. Güllə ilə vuruldum, xəstəxanaya yatırıldım. Oğlum nə etdi? O, şirkətə gedib seyfi boşaltdı. Niyə mənim digər uşaqlarım bunu etmədi? Niyə hər şey həmişə içimə atmalıyam?” Sual edirəm, Ədalət xanım, sizin mənim üzərimdə nə haqqınız var? Hər ay sənə üç min lirə pul verirəm, sənə mənzil aldım verdim, hazırda içində yaşayırsan.”
 

Tatlısəs sevgilisindən ayrılmağının səbəbini də keçmiş xanımı ilə əlaqələndirməyə çalışdı. O bildirib ki, evimin qapısına donuz yağı sürtüb məni sevgilimdən ayırıblar. Amma mən onunla evlənib bütün varidatımı onun üzərinə yazdıracağam.
 

Qeyd edək ki, Ata Tatlısəsin bu açıqlamalarından sonra oğul Tatlısəs onun dediyi sözlərin hamısının yalan və iftira olduğunu bildirib. “O mənim atamdır, onun yolunda canımı risqə atmışam. Niyə belə sözlər danışır, anlamıram. Anam keçmiş dövlət qulluqçusu olub və öz halində hamının hörmət etdiyi şərəfli qadındır: “Donuz yağı sürtdülər, sevgilimə tilsim etdilər, bizi ayırdılar” kimi mənasız, dəhşətli biabırçı böhtanları heç vaxt qəbul etməyəcəyəm. Ovsun, tilsim, sevgilimlə ayırdılar” kimi ifadələr işlətməsi onun ağlı başında olmasına şübhələrimi artırır ”


Əntiqə Rəşid