adalet.az header logo
  • Bakı -°C
11 Dekabr 2025 12:52
99
İDMAN
A- A+

ATIB ABIR-HƏYANI, MƏN YAXINA GƏLƏRƏK
QUCDUM AĞCAQAYINI ÖZGƏNİN ARVADI TƏK 

Yeseninin bu məşhur misraları nədənsə hər dəfə klublarımıza əcnəbi məşqçilər gətirəndə yadıma düşür. Özümüzün bacarıqlı, təcrübəli məşqçilərimiz küçədə it döyür, amma biz yenə klublara heç bir fayda verməyən naftalin iyi verən əcnəbi məşqçiləri öpüb gözümüzün  üstünə qoyur,  altı aydan sonra da dalına bir təpik vurub  deyirik xoş getdin. 

İndi də «Neftçi»yə yeni bir əcnəbi məşqçi gətirmişik, o da özüylə bir «KamAZ» məşqçi gətirib. 

Uğurlar olsun. Hamımızın içində bir «Neftçi» sevgisi var, yavaş-yavaş öldürürlər. Belə davam eləsə qorxuruq ki, «Neftçi» ya «Səbail»in, ya da «Xəzər-

Lənkəran»ın taleyini yaşasın.
 

Sübhan MAHMUDOV