adalet.az header logo
  • Bakı -°C
11 Dekabr 2025 13:00
80
MƏMLƏKƏT
A- A+

Ağdamda müşavirə keçirilib - Bu məsələlər müzakirə edildi

Fövqəladə Hallar Nazirliyi Qarabağ Regional Mərkəzinin təşəbbüsü, Ağdam Rayon İcra Hakimiyyətininin dəstəyi ilə Ağdam rayon Heydər Əliyev Mərkəzində “2025-ci ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2026-cı ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib.

Adalet.az xəbər verir ki, müşavirədə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, FHN Qarabağ Regional Mərkəzinin rəisi, polkovnik Mirəli Feyziyev, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.

Əvvəlcə Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov mülki müdafiənin məqsədi, prinsipləri, planlaşdırılması haqqında məlumatlar verib. Daha sonra Qarabağ Regional Mərkəzinin əməkdaşları mülki müdafiə sahəsində görülmüş işlərdən, mülki müdafiə obyektlərində keçirilmiş monitorinqlərin nəticələrindən danışıblar. Qeyd olunub ki, cari ilin təqvim planına uyğun olaraq rayon ərazisində yerləşən idarə və təşkilatlara mülki müdafiə üzrə metodiki yardım göstərilib.

Müşavirədə mövzu üzrə müzakirələr aparılıb, suallar cavablandırılıb.